Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...

Suraxanıda qanunsuz tikintilər barəsində hər gün yayımlanan məlumatlar və bütün bunlara göz yumduğuna görə tənqid hədəfi olmaq Adil Əliyevi sanki, "qanunları çeynəməyə daha da həvəsləndirir".

"dogruxeber.tv" bildirir ki, günlərdir Suraxanı rayonunun müxtəlif ərazilərində qanunsuz tikintilərin aparıldığı barəsində ardıcıl məlumat və görüntülər yayımlanır.

Biz ötən həftə Suraxanı sakini qazi Güləli Fərziyevin Adil Əliyevin adamları tərəfindən döyüldüyü və eləcə də təqdim etdiyi qanunsuz iaşə obyekti barəsindəki iddialarını videogörüntü və yazı şəklində yayımlamışdıq. Hansı ki, Güləli Fərziyev videodakı tikilməkdə olan obyektin Adil Əliyevin böyük ticarət mərkəzi olacağını və neft şirkətinə məxsus ərazidə inşa olunduğunu deyirdi. Biz bununla bağlı ötən həftə Suraxanı rayon İcra hakimiyyətinə rəsmi sorğu ünvanladıq, amma bu da qanunsuz tikintilərlə bağlı göndərdiyimiz digər sorğular kimi hələ də cavabsız qalıb.

Suraxanıda növbəti qanun pozuntusu - Qazi ölümlə təhdid edilir? // VİDEO

Bundan əlavə, yeni paylaşılan daha bir görüntüdə həmin tikinti işlərinin xeyli irəlilədiyini görürük. Ardından Yeni Günəşli qəsəbəsində yaşıllıq ağaclarının kəsildiyi və yerində iaşə obyektinin tikildiyini göstərən daha bir görüntü yayımlandı.

VİDEO: https://t.me/olke_ve_dunya_gundemi/19799

Hətta, Suraxanı rayonu ərazisində yüksək gərginlikli elektrik xətlərinin düz altında bir neçə yaşayış evləri tikintisinin aparıldığı və bunun üçün də rayon icra hakimiyyətinin şəxsən icazəsinin olduğu barəsində məlumatlar dərc olundu..

 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ ?

Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...

Qanun nə deyir desin, Adil Əliyev belə deyir. Məşhur Azərbaycan filmində deyildiyi kimi, "Yoldaş Zülümov dedi, qurtardı".

"Zülümov"un qanunlara " raqatqa atışı" atan qərarlarının, o, qanunsuz inşa edilən evlərin sahiblərinə yaxın gələcəkdə (yəni, evləri sənədləşdirmək istəyəndə) verəcəyi zülmün zərbəsi mütləq ki, yenə vətəndaş və dövlətə dəyəcək.

Əlbəttə ki, işin o, qismi əsas diqqətini "nümunəvi məmur" təbliğatına verən və reklamçı bloggerləri ətrafına toplayıb, onların qarşısında 5-10 şəhid ailələri xeyirxah başçı pozları verən icra başçısı Adil Əliyevin keyfini pozması üçün səbəb ola bilməz.
Necə deyərlər, "Can özgənin, cəhənnəm Tanrının".

Suraxanı rayon İcra hakimiyyətinin "xüsusi dəstəyi", ARXKOM, FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin, İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hansısa özlərinə məlum maraqları xatirinə məsələyə olan laqeydlikləri rayonun kommunal xidmətlərdən məhrum, yaşamağa yararsız ərazilərini xalqın saf, sadəlövh nümayəndələrinin yaşayış evləri ilə bəzəyir.

Görək bundan sonra Nazirlər Kabineti bu vətəndaşları necə razı salacaq?!

Qeyd edək ki, bu kimi qanunsuz işlərdə çox zaman rayon icra hakimiyyəti ilə əlbir işləyən maklerlər ölkə başçısının 2015-ci ilin yanvarında imzaladığı fərmanı əsas gətirərək, sənədsiz evlərin yaxın gələcəkdə sənədləşdirəcəyi vədini verirlər ki, bu da ölkə başçısı adından sui-istifadə edərək, insanları aldatmaqdır.

Sözügedən fərmanda isə deyilir:

Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir!

Mövzuda bəhs etdiyimiz qanun pozuntuları davam etdirildikcə mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 767

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər