“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

“AzerGold” QSC tərəfindən şirkətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən növbəti sosial təşəbbüsün həyata keçirilməsinə başlanılıb.

QSC-dən "dogruxeber.tv"a bildirilib ki, “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan 15 nəfər qadın qənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlim proqramlarına cəlb edilib.

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

Layihənin əsas məqsədi şəhid və müharibədə yaralananların ailə üzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığını artırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi, inklüziv cəmiyyətin qurulmasına töhfələrin verilməsidir. Layihə çərçivəsində iştirakçılara beynəlxalq dərəcəli qənnadçı ekspertlər tərəfindən nəzəri və praktiki təlimlər keçiriləcək. İki ay davam edəcək intensiv təlimlərdə bütün növ zəruri mal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrə bilik və bacarıqlar aşılanacaq.

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatı əldə edəcəklər. Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlb edilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədə işlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinə dəstək göstəriləcək.

Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir.

“AzerGold” QSC şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihənin icrasına başlayıb

Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

Oxunub: 557

Son xəbərlər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Bütün xəbərlər