Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə  növbəti layihənin icrasına başlanılıb

"dogruxeber.tv" bildirir ki, 3 mart 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək məqsədilə növbəti layihənin icrasına başlanılıb.

Artıq, ikinci ildir ki, təşkil edilən layihə çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə Gəncə şəhər Gənclər Evində görüş keçirilib. “AzerGold” QSC-nin müşaviri İlqar Cəlilov, KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, həmçinin regional strukturların nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi kənd arıçılarını bir araya gətirərək mövcud imkanlar və fermerlərin layihədən yararlanması imkanlarını müəyyənləşdirməkdir.

Tədbirdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib, təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılaraq, təkliflər qeydə alınıb. Fermerlərə bildirilib ki, layihə “AzerGold” QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilir və layihənin əsas məqsədi Daşkəsən
rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır.

Bu məqsədlə layihənin icra dövrü ərzində “AzerGold” QSC və KOBİA tərəfindən arıçı fermerlərin nəzəri və praktiki təlimlərə cəlb edilməsi, arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları barədə məşğələlərin təşkili, paralel olaraq iştirakçılara dövlət tərəfindən sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, sahibkarlıq subyektlərinə səmərəli maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminarların keçirilməsi planlaşdırılır. Təlim və seminarları uğurla yekunlaşdıran arıçı fermerlərə sertifikatların, eləcə də fərdi təsərrüfatlarını inkişaf etdirmələri üçün arı ailələri, müvafiq dərman preparatları, zəruri avadanlıqların təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi ilk dəfə ötən il 31 mart – 28 aprel tarixlərində icra edilib. Layihə çərçivəsində təşkil edilən təlimlərdə Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 nəfər arıçı fermer iştirak edib. Təlim və praktiki məşğələlərdə iştirak etmiş arıçı fermerlər sertifikatlarla təltif olunub, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib.
Bundan başqa, Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağaclarının əkini həyata keçirilib.


Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə  növbəti layihənin icrasına başlanılıb

Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə  növbəti layihənin icrasına başlanılıb

Daşkəsən rayonunda arıçılığın inkişafına dəstək məqsədilə  növbəti layihənin icrasına başlanılıb

Son xəbərlər

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bütün xəbərlər