gundem / sosial / Səhiyyə / Cəmiyyət
7.05.2025, 15:45
TƏBİB 80 gündür ki, xəstələri Allahın ümidinə buraxıb... - Bunun başqa ADI YOXDUR...
Xəstələr Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətsizliyindən gileylənirlər.
"dogruxeber.tv" "DİA-AZ"a istinadən xəbər verir ki, bu fəalkiyyətsizlik əslində onlarla xəstənin gərəkən şəkildə müalicə almamasına gətirib çıxardığından onların durumu daha da pisləşməkdədir.
Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xəstələrin "DİA-AZ"a ünvanladığı müraciətdə durum belə təsvir olunub.
Şikayətçilər yazır: "Neftçilər xəstəxanasında 80 gündür travmatologiyaya aid əməliyyat makinasının hidravlika şlanqı deşilib.
80 gün olmasına baxmayaraq TƏBİB şlanqı bərpa etmir və nəticədə 80 gündür ki, xəstələr gərəkən müalicəni ala bilmirlər..."


