Ən sağlıqlı çərəz: Nə fındıq, nə badamdır - bu, hamısından üstündür

dogruxeber.tv: - Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji vermə xüsusiyyətləri, həm də orqanizmə göstərdikləri saysız faydalarla diqqət çəkir. Adətən fındıq, badam və Antep fıstığı ən çox istifadə olunan çərəzlər arasında yer alsa da, mütəxəssislərə görə ən sağlam çərəz bunlardan heç biri deyil.

Aparılan elmi tədqiqatlara əsasən, qoz sağlamlıq baxımından digərlərindən açıq şəkildə öndədir.

Niyə məhz qoz?

Amerika Ürək Dərnəyi (American Heart Association) və Harvard T.H. Chan İctimai Sağlamlıq Məktəbi tərəfindən dərc edilən elmi araşdırmalar göstərir ki, qoz omeqa-3 yağ turşuları, antioksidantlar və polifenollar baxımından digər bütün çərəzləri geridə qoyur. Xüsusilə bitki mənşəli omeqa-3 növü olan alfa-linolenik turşusu (ALA) yalnız qozda yüksək miqdarda mövcuddur.

Harvard Universitetinin 2021-ci ildə "Nutrition" jurnalında dərc edilən genişmiqyaslı araşdırmasına görə, mütəmadi olaraq qoz istehlak edən şəxslərdə ürək-damar xəstəliklərinə tutulma riski 15%-ə qədər azalır. Eyni tədqiqatda həftədə ən azı beş pors qoz yeyən şəxslərin ömrünün uzandığı da qeyd olunur.

Beyin və psixi sağlamlığa təsiri

Mütəxəssis diyetoloqlar qozun yalnız fiziki deyil, zehni sağlamlıq üçün də olduqca faydalı olduğunu bildirirlər. Qozun tərkibindəki E vitamini, melatonin və polifenollar beyin funksiyalarını dəstəkləyir. Bəzi araşdırmalar, qozun yaddaş üzərində müsbət təsir göstərdiyini və yaşla əlaqəli zehni zəifləməni ləngitdiyini ortaya qoyur.

Digər çərəzləri niyə geridə qoyur?

Fındıq E vitamini baxımından, badam kalsiumla, Antep fıstığı isə proteinlə zəngin olsa da, qozun tərkibindəki çoxlu doymamış yağlar xüsusilə ürək sağlamlığının qorunmasında bənzərsizdir.

ABŞ-ın Milli Səhiyyə İnstitutu (NIH) tərəfindən dəstəklənən başqa bir araşdırmaya görə, qozun mütəmadi istifadəsi xolesterin səviyyələrinin tənzimlənməsinə və orqanizmdəki iltihabın azalmasına kömək edir. Həmçinin aşağı qlisemik indeksə malik olduğu üçün şəkər xəstələri üçün də təhlükəsiz bir alternativdir./Milli.Az

Son xəbərlər

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Bütün xəbərlər