İmişlidə SSRİ bayrağı qaldıran Saleh Səmədov kimdir? – ŞOK DOSYE, AÇIQLAMA

İmişlidə 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.

"dogruxeber.tv" xəbər verir ki, modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb. O bildirib ki, burada heç bir pis şey yoxdur. “Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, – Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.

Tribunainfo.az media resurslarında yayılan xəbərlərə əsasən S.Səmədov haqda bəzi məlumatları dəqiqləşdirib.

O, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri işləyib. S.Səmədov keçmiş icra başçısı Əbülfəz Ağayevin dövründə icra başçısının müavini də olub.
Saleh Səmədov 1962-ci ildə anadan olub.

Bioqrafiyasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəetmə Akademiyasının məzunu olduğu qeyd edilib. 1992-2003-cü illərdə Respublika Bazarlar İdarəsinin rəisi, Bakı Baş Ticarət İdarəsi rəisinin müavini, Səbael rayon Ticarət və Ictimai Iaşə Idarəsinin rəisi, Nərimanov rayon Ticarət Departamentinin rəisi, Bakı şəhəri Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifələrində çalışıb..Vəzifə tutmaq, hakimiyyət “olimpinə” dırmaşmaq işinin əsas qayəsi olub. Nəhayət istəyinə çatıb. Qısa müddət ərzində Imişli Rayon Məşğulluq Mərkəzinə direktor təyinatı alıb.

S.Səmədov 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi – Imişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Deyilənə görə, zavodu həmin vaxtlar Milli Məclisin deputatı olan Musa Musayevlə birgə idarə edirmiş. M.Musayev Naftalan şəhər icra hakimiyyəti başçısı təyin olunanda onu özünə müavin götürür.

Son xəbərlər

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Azərbaycanda iki yeni institut yaradıldı

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olundu

Yeni sistem: Robotlar işçilərə nəzarət edəcək

Paşinyan seçkilərdə qələbə qazanacağına əmindir

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var

Mütəxəssislər "Sabah"ın qələbəsinin, "Qarabağ"ın titulsuz qalmasının səbəblərini açıqladı

DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışdı

Yusif Həsənbəy vəfat etdi

Tanınmış hakim təqaüdə göndərildi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

Səfirlik: Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə görə minnətdarıq

Kukla Teatrında yeni tamaşanın premyerası olacaq

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

Bakıda avtobuslarda yenilik: Bu şəxslərə gediş-gəliş pulsuz olacaq

Prezident həmkarını təbrik etdi

Aeroport yolunda avtomobil yandı..

Qardaş ölkədən şok görüntülər - FOTO

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

Təbii qazın dəyəri artdı

180 illik sirr açıldı..

Dəhşətli ailə faciəsi: Kişi arvadını və ögey qızını qətlə yetirdi

Bu türk ölkəsi məktəblərdə telefonu qadağan etdi

Saleh Səmədovun məhkəməsi başladı

Bütün xəbərlər