Xaçmaz İH-lə “Baku Building”-in qəribə tenderi – ARAŞDIRMA

Xaçmaz rayon İcra Hakimiyyəti bu günlərdə yenicə keçirdiyi tenderin nəticəsini açıqlayıb.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, dövlət qurumu çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərinin satınalınmasını reallaşdırıb.

Rəsmi qaynaqlarda qeyd edilir ki, İcra Hakimiyyəti bu işlərin görülməsi üçün “BAKU BUILDING” MMC ilə anlaşıb. Həmin anlaşmanın dəyəri isə 533 min 5 manatdır.

Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, buŞ “BAKU BUILDING” MMC-nin Xaçmaz İcra Hakimiyyəti ilə ilk tender razılaşması olmayıb. Belə ki, ötən ilin sentyabrında da analoji işlərin görülməsi üçün tərəflər arasında müqavilə imzalanıb. Maraqlıdır ki, 26 sentyabr 2024-cü ildə bağlanılmış müqavilənin dəyəri ilə bu ilin mayındakı tenderin məbləği cüzi fərqlənir. Açıq mənbələrdə qeyd edilir ki, keçən ilki tenderə görə Xaçmaz İcra Hakimiyyəti sözügedən şirkətə 533 min 651 manat ödəyib. Bu da cəmi 646 manat fərq deməkdir.

Bu günlərdə Xaçmaz İcra Hakimiyyəti daha bir bahalı tenderə yekun vurub. Belə ki, Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirini həyata keçirmək üçün “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC ilə anlaşma əldə olunub. Layihənin dəyəri isə 1 milyon 357 min 8 manat təşkil edib.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “BAKU BUILDING” MMC (VÖEN 1005706701) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ Ə/V, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirzəyev Əli Məmməd oğlu olub. Göyüşov Mahal İman oğlu da 2019-cu ilin fefral-sentyabr aylarında qanuni təmsilçisi olub.

Lakin elektron mediada yayılan məlumatlarda “BAKU BUILDING” MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır. Belə ki, eyni vaxtda ayrı-ayrı rayonlarda təmir tikinti işləri üzrə satınalmaların qalibi olması, MMC-nin eyni vaxtda həm Bakı şəhərində, həm Şamaxı, həm Ağsu, həm Lənkəran, həm Kürdəmir, həm Neftçala, həm də Cəlilabad rayonlarında dövlət sifarişərini yerinə yetirməyə əmək müqaviləsi ilə çalışan peşəkar işçi qüvvəsinin olması (“Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” ) meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar) xüsusi tələblərə uyğun olmadığını açıq şəkildə göstərməkdədir.

Qeyd edək ki, “BAKU BUILDING” MMC -nin əsl sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir.

Təbii ki, burada Əli Mirzəyevin köhnə əlaqələri də az rol oynamır. Məsələn, “BAKU BUILDING” MMC ötən ilin iyun ayında təkcə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 tenderinin qalibi olub və ümumi dəyəri 349 259 manat olan sifarişlər alıb. Əvvəllər də Mirzəyevlərə məxsus şirkətlərin Mədəniyyət Nazirliyinə tabeli qurumların tenderlərini udduqları barədə kifayət qədər məlumatlar var. Çox böyük ehtimalla bütün bunları MMC-nin sahibi Əli Mirzəyev köhnə əlaqələrinin hesabına əldə edir.

Xatırladaq ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Rzayev Elnur Şahbaz oğludur. O, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər