Turistlər Şimali İrlandiyanın ən məşhur abidəsini məhv edir

Turistlərin məşhur "Nəhənglərin yolu"nu sikkələrlə məhv etdikləri bildirilir. Şimali İrlandiyada yerləşən bu unikal geoloji struktur bölgənin ən çox ziyarət olunan turistik məkanlarından biridir.

"dogruxeber.tv"ın məlumatına görə, "National Trust" təşkilatının əməkdaşı doktor Kliff Henri "The Independent" nəşrinə açıqlamasında bildirib ki, təxminən 60 milyon il əvvəl yaranmış bu daş sütunlar turistlərin onları zədələməsi nəticəsində çatlayır və rəngi solur. Daşlar arasına qoyulan metal sikkələr zamanla paslanır və oksidləşir ki, bu da təbii abidəyə ciddi ziyan vurur.

Ötən il bu əraziyə təxminən 700 min turist baş çəkib. Onların bir hissəsi sosial şəbəkələrdə yayılan trendlərin təsiri ilə özlərindən "xatirə" olaraq arzuolunmaz izlər qoyublar.

Hazırda "National Trust" təşkilatı sikkələrin çıxarılması üçün 30 min funt sterlinq (təxminən 40 min ABŞ dolları) xərcləməyə hazırlaşır. Artıq təxminən 10 faiz sikkə peşəkar daş ustaları tərəfindən çıxarılıb. Tapılan sikkələr arasında Böyük Britaniya, Aİ ölkələri, Uzaq Şərq və ABŞ-dan gəlmiş turistlərin buranı ziyarət etdikləri aşkarlanıb.

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş bu məşhur obyektə turistləri zərərli vərdişlərdən çəkindirmək üçün xəbərdaredici nişanlar yerləşdiriləcək.

Əfsanəyə görə, bu yol İrland nəhəngi Finn MakKul tərəfindən İrland dənizini keçərək düşməni Benandonnerlə döyüşmək üçün salınıb. Digər bir rəvayətdə isə bu yolun Finnin sevdiyi şotland qızına çatmaq üçün çəkildiyi deyilir. Lakin elm adamları razılaşır ki, bu geoloji struktur 60 milyon il əvvəl bazalt lavalarının püskürməsi nəticəsində yaranıb.

"Bu, Şimali İrlandiyanın simvoludur. Əgər biz ona sahib çıxa bilmiriksə, ölkənin qalan hissəsindən nə gözləmək olar? Biz bu dambaya mümkün qədər yaxşı şəkildə qulluq etməliyik", – deyə doktor Henri BBC-yə müsahibəsində bildirib.

Oxunub: 364

Son xəbərlər

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Bütün xəbərlər