“Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?

dogruxeber.tv: - Son illərdə Azərbaycanda maliyyə texnologiyalarının sürətli inkişafı bəzi bank olmayan kredit təşkilatlarından (BOKT) cəmi bir neçə saniyədə kredit götürmək imkanı yaradıb.

Tribunainfo.az xəbər verir ki, banklardan kredit əldə edə bilməyənlərin daha çox üz tutduğu bu təşkilatlar müştərilərinə girovsuz, təminatsız və bir neçə dəqiqə ərzində kart hesabına yatırılan gündəlik borclar təklif edirlər. Bəs bu təşkilatlardan kredit götürmək vətəndaş üçün həqiqətən sərfəlidirmi?

Son zamanlar adı hallanan “Azpulmat” hər 100 ölkə vətəndaşınından 10-nunu borcluya çevirib. Belə ki, vətəndaş BOKT-un tətbiqi və ya veb saytı vasitəsilə saniyələr içində kredit götürə bilir. Təbii ki, bu müştərilərə asan və sərfəli görünə bilər. Lakin “Azpulmat” ilk dəfədən yüksək məbləğdə kredit vermir. Bunun üçün uzun müddətli müştəri olmalısınız. BOKT-un müştərisi olmuş həmsöhbətimiz bildirdi ki, təşkilat ilk müştərisinə krediti minimum məbləğdən – 20 manatdan verir. Bunu BOKT-un dəstək çatında əlaqə saxladığımız operator da təsdiqlədi. Məlum oldu ki, “ilk sınaqdan” keçən müştəri sonradan 70 manat kredit götürə bilir:

“Birinci dəfə mənə 20 manat kredit verildi. Təşkilat ilk 5 gün ərzində faiz hesablamır, sonradan kreditin üzərinə 0,30%-lik faiz gəldi. Mən ödəməni 15 gün gecikdirdiyim üçün 23 manat 60 qəpik ödəniş etdim. Düzünü desəm, 20 manat üçün 3 manat 60 qəpik faiz ödəmək mənə sərfəli görünmədi. Lakin ehtiyacım olduğu üçün təkrar-təkrar, daha çox məbləğlərdə kredit götürməyə məcbur oldum. Hazırda boclarım çox yığılıb, ödəyə bilmirəm”.

Beləliklə, götürülən 20 manatlıq minimum ilk kredit 0,30%-lik faiz (ilk 5 gün xaric) hesablanması şərti ilə 15-ci gündə 20 manat 61 qəpik olaraq ödənməlidir, lakin həmsöhbətimiz 23 manat 60 qəpik ödədiyini deyir. 15-ci gündə kreditin ödənişinin 23.60 manat səviyyəsində ödənməli olduğu təşkilatın veb saytındaki kalkulyator da təsdiqləyir. Bəs 2.99 manatlıq əlavə ödəniş nədən qaynaqlanır? Bu yəqin ki, BOKT tərəfindən tətbiq olunan əlavə komissiyalar və xidmət haqları ilə bağlıdır.

Göründüyü kimi, müştərilərin bank və ya başqa kredit təşkilatında kreditinin olmasından narahat olmayan bu platformalar əslində yüzlərlə insanı borc bataqlığına sürükləyən təhlükəli sistemin tərkib hissəsidir.

“Onlayn bank kreditləşməsinə əlverişli alternativ” olduğunu iddia edən “Azpulmat” müştərilərinə yalnız şəxsiyyət vəsiqəsi ilə, girovsuz və istənilən məqsədlər üçün kredit təklif edir. “Azpulmat” xidmətdən ilk dəfə istifadə edən müştərilərinə minimum 20 manatdan maksimum 500 manatadək “ilk kredit” verir.

Platformanın eyni zamanda minimum 50 manatdan maksimum 1500 manatadək 30 gün müddətinə verilən “təkrar kredit”i də mövcuddur.

500 manatlıq ilk kredit maksimum 45 gün geri ödəmə vaxtı ilə verilir, ilk 5 gün ərzində faizlər hesablanmır. 6-cı gündən 45-ci günədək isə gündəlik 0,30% faiz hesablanır. İlk baxışdan faizin məbləği az görünsə də, müştəri götürdüyü 500 manatlıq krediti 45-ci gün original məbləğdən 42% çox pul – 710 manat ödəyərək bağlayır. Müştəri eyni zamanda 36-cı gündən etibarən verilmiş kreditdən istifadəyə görə 30%-lik xidmət haqqı da ödəyir. Təşkilat 50-1500 manatlıq 30 günə verilmiş kredit üçün 0,50% faiz hesablayır. Müştəri 30-cu gün 1500 manatlıq kreditini 22,5% çox pul – 1837.5 manat ödəməklə bağlayır.

Bundan əlavə, BOKT öz sayt və mobil tətbiqində ödəniş qəbul etmək üçün də əlavə pul alır. Əgər müştəri kreditini bank kartıyla, “Azpulmat” saytında və ya mobil tətbiqində ödəmək istəyirsə 0,5%-lik komissiya ödəməlidir.

Əlbəttə, biz bu hesablamaları “Azpulmat”ın müştəriyə maksimum verəcəyi məbləğdən apardıq. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, təşkilat bu məbləğləri yalnız uzun müddətli müştərisinə verir.

“Müştərinin əldə edə biləcəyi kredit limiti, kredit məbləği və müddəti tətbiq tərəfindən individual olaraq baxılır və avtomatik təyin edilir.

Yüksək faizlər yüzlərlə insanın BOKT qarşısında öhdəliklərinin icrasında problem yaratdığı üçün məhkəmə predmetinə səbəb olub. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur. Əgər 2023-cü ilin yanvarında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manat olub. Mayın 1-nə bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5% çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2%-dən 6%-ə çatıb. 2025-ci il aprel ayının 1-nə BOKT-lar tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.

Ekspertlər bildirir ki, BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur. Müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə məhdudiyyətlərin gətirilməsi mümkündür. O zaman isə BOKT-ların sayı azalacaq.

Qeyd edək ki, hazırda ölkədə 56 BOKT fəaliyyət göstərir.//Teleqraf

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər