"Elnarə Canlı Beauty Center"-in lisenziyası və diplomu var? - Tolik nə zamandan estetik klinikaların qarantı oub? FOTO

dogruxeber.tv: - Özünə kosmetoloq, üstəlik də doktor deyən Elnarə adlı bir qadın var. Bakıda- metronun Nizami stansiyasının yaxınlığında yerləşən bir binada özünə otaq götürüb, kosmetoloji xidmət göstərir.

Vaxtaşırı da Tolikin "Tarixin bir günü" verilişinin qonağıdır. Bu Elnarə xanımdan kosmetoloq kimi işləmək üçün sertifikatının, icazəsinin olub-olmadığını soruşdum. Deyir, məni Tolik yaxşı tanıyır. Tolikin məsələyə nə aidiyyatı var?

Bunu başa düşmədim. Aparıcı məgər həkimlərə rəy verəndir? Elnarə xanım, siz nədən narahatsınız?
Əgər qanuni olaraq fəaliyyət göstərirsinizsə, adınız Vahid Səhiyyə İnformasiya Sistemində çıxacaq. Amma mən jurnalist olaraq sorğu ilə bunu hələ öyrənməmişəm. Niyə belə xoflanırsınız?

Deyirsiniz, 20 nəfər işçiniz var. Çox gözəl. Bu qədər insanın işlə, pulla təmin olunmasına yalnız sevinə bilərəm. Amma sizin sosial şəbəkələrdəki videoçarxlarda "Elnarə Canlı Beauty Center" adlı salonunuzda ancaq özünüz görünürsünüz.
Heç özünü təqdim etmədən whatsapp nömrəmə yazan köməkçiniz də deyəsən kadrlarda yoxdur. Siz mənə dediniz ki, lisenziyamı və diplomumu göndərə bilərəm. Mən də dedim göndərin.
Bunun əvəziində köməkçiniz səsli mesajlar göndərərək mənə az qala jurnalistikadan dərs keçərək bir az da hədələyici tonda danışıb, sonra da ofisə dəvət edir. Guya jurnalistin whatsapp üzərindən kimləsə əlaqə saxlayıb məlumat almaq hüququ yoxdur. Bu hansı qanunda yazılıb? Göstərin, oxuyub bilək.

"Elnarə Canlı Beauty Center"-in lisenziyası və diplomu var? - Tolik nə zamandan estetik klinikaların qarantı oub? FOTO

Elnarə xanım ölkənin xüsusi səlahiyyətli şəxsidir ki, jurnalist gedib yalnız onunla ofisində görüşsün? Bu nə məntiqdir? Elnarə xanımın öz instagram hesabında mobil nömrəsi qeyd olunub, mən də bu nömrəyə yazıb əlaqə saxlamışam. Həm jurnalist, həm də vətəndaş kimi onun nə dərəcədə qanunauyğun fəaliyyət göstərməsi mənə maraqlıdır.

Səhiyyə qaydalarına əsasən kosmetoloq ixtisasca həkim-dermotoloq olmalı və belə mərkəzlər klinikaların tərkibində yerləşməlidir. Biz sizin nümunənizdə bunu görmürük. Əgər dürüstsünüzsə, buyurub şəffaf şəkildə mediaya açıq olun.

Məni araşdırmaq istəyiniz olduğu kimi, mənim də sizi araşdırmaq istəyim, haqqım var. Jurnalisti israrla ofisinizə çağırmaqda məqsədiniz nədir? Hesab edək ki, mən jurnalist kimi deyil, müştəri kimi müraciət edən bir vətəndaşam. Gəlməmişdən əvvəl xidmət göstərəcək həkimin diplomunun, xüsusi icazə tələb edən sənədlərinin olub-olmaması mənə vacibdir. Qorxusu-hürküsü olmayan adam reklamına ilk növbədə diplomu, sənədləri ilə başlayar.

Mən buradan səhiyyəmizə cavabdeh bütün qurumlara- Səhiyyə Nazirliyinə, TƏBİB-ə, eləcə də digər dövlət təşkilatlarına səslənib xahiş edirəm ki, "Elnarə Canlı Beauty Center"-in, onun rəhbəri, özünü Dr.kosmetoloq Elnarə xanım kimi təqdim edən bu şəxsin fəaliyyətinin qanunlarımıza nə dərəcədə uyğun olub-olmadığını müəyyənləşdirsinlər.//mediatv.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər