Üç və dörd uşağı olan qadınlara pensiya ilə bağlı ŞAD XƏBƏR

Milli Məclisin deputatı Musa Quliyev pensiya yaşının azaldılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

"dogruxeber.tv" xəbər verir ki, xəbər verir ki, o, Bizim.Media-ya açıqlamasında bu məsələnin hazırda reallığı əks etdirmədiyini bildirib.

“Bütövlükdə pensiya yaşının aşağı salınması məsələsi gözlənilmir. Dünyada da elə bir ölkə yoxdur ki, pensiya yaşının aşağı salınması ilə bağlı ciddi müzakirələr getsin. Çünki insanların orta ömrü uzanıb. Hazırda 65 və daha yuxarı yaş həddi əmək qabiliyyətli sayılır”, – deyə deputat qeyd edib.

Musa Quliyev bildirib ki, bəzi vətəndaş kateqoriyaları üçün isə güzəştli pensiya hüququ nəzərdə tutulur:

“Amma ayrı-ayrı kateqoriyaya aid olan vətəndaşlar var ki, onlar daha güzəştli yaş şərti ilə pensiyaya çıxa bilirlər. Məsələn, beş və daha çox uşağı olan analar, əlil uşağı 18 yaşına qədər böyütmüş analar, ağır və təhlükəli şəraitdə çalışan şəxslər bu siyahıya daxildir. Ümumilikdə təxminən 200 minə yaxın vətəndaş güzəştli pensiya hüququndan yararlanır”, – deyə o, bildirib.

Deputat əlavə edib ki, gələcəkdə üç və ya dörd uşağı olan qadınların da daha tez pensiyaya çıxmaq imkanları müzakirə edilə bilər:

“Ola bilər ki, gələcəkdə 3 və 4 uşağı olan ailələrə də bu hüquq tanınsın. Bu, sosial siyasət kontekstində nəzərdən keçirilə bilər”.

Qadınlar və kişilərin eyni yaşda pensiyaya çıxmaları məsələsinə də toxunan Musa Quliyev bu prosesin gender bərabərliyinə əsaslandığını bildirib:

“Qadınlarla kişilərin bərabər yaşda pensiyaya çıxmaq hüququ gender bərabərliyinə əsasən tənzimlənir”.

Sonda deputat bir daha vurğulayıb ki, yaxın gələcəkdə pensiya yaşının azaldılması nəzərdə tutulmur.

Son xəbərlər

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bütün xəbərlər