Goranboyda əlil vətəndaşa ədalət yoxdur:  Nazirlik və icra hakimiyyəti sosial məsuliyyətdən yayınır

Goranboy rayonunda sosial ədalətsizlik və məmur özbaşınalığı bir ailənin həyatı üzərində kölgə salıb. Rayonun Təklə kənd sakini, 3-cü qrup əlil Əliyev Emin Tahir oğlu dövlətin özünüməşğulluq proqramına daxil olmaq istəsə də, altı ildən çoxdur ki, bu sadə hüququndan istifadə edə bilmir.

"dogruxeber.tv"a daxil olan məlumata görə, Emin Əliyev xırdabuynuzlu heyvan alaraq ailəsini halal zəhmətlə dolandırmaq istəyib. Amma aidiyyəti qurumlar, xüsusilə də Goranboy rayon Məşğulluq İdarəsi onu altı il ərzində süründürməçiliyə məruz qoyub. Vətəndaşa son mərhələdə bildirilib ki, "əlilliyiniz olduğuna görə sizə bu layihə düşmür". Bu cavab hüquq və insanlıq adına təhqirdir.

Ailə başçısı bundan sonra həyat yoldaşının adını layihəyə daxil etdirib. Lakin 1 il 4 aydır ki, ailənin adı siyahıya salınsa da, heç bir təminat həyata keçirilməyib. Rayon Məşğulluq İdarəsinin müdiri Anar bəyin bu məsələ ilə bağlı rayon rəhbəri Məhərrəm Quliyevin göstərişlərinə belə əməl etməməsi Goranboyda idarəçilik böhranının açıq göstəricisidir.

Nazir Anar Əliyev hara baxır?

Məsələ bununla bitmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin rəhbərlik etdiyi qurumda təkcə Goranboyda yox, ölkə üzrə sistemli laqeydlik və məsuliyyətsizlik müşahidə olunur. Nazirliyin tabeliyində olan məşğulluq idarələri, sosial təminat şöbələri vətəndaşlara süründürməçilik və kobud münasibətlə “xidmət” göstərir. Söhbət sadəcə bürokratik əngəllərdən yox, şəhid ailələrinin, qazilərin və gözdən əlil şəxslərin mənzil və avtomobil təminatı məsələlərinin belə mənimsənilməsi faktlarından gedir.



Bu, artıq sadəcə məmur səhlənkarlığı deyil, ictimai etimadın qəsdən məhv edilməsi və korrupsiya şübhələri ilə dolu bir sistemin mövcudluğudur. Dövlət başçısının şəhid ailələrinə, qazilərə, sosial həssas təbəqəyə xüsusi diqqət çağırışları bu məmurların fəaliyyəti fonunda formal bəyanatdan o tərəfə keçə bilmir.

Bir ailənin faciəsi – 393 manatla dolanışıq

Emin Əliyevin ailəsi 5 nəfərdən ibarətdir. Aylıq gəlirləri cəmi 393 manatdır. Bu vəsaitlə həm ailəni saxlamaq, həm azyaşlı uşaqları böyütmək, həm də xəstəliklə mübarizə aparmaq mümkündürmü?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Goranboy rayon rəhbərliyi bu sualın cavabını nə vaxt verəcək? Bu ailə, və bu kimi yüzlərlə ailə niyə illərlə qapı döyməli, cavabsız qalmalıdır?

Sosial dövlət anlayışı kağız üzərində qalır

Şəhid ailələrinə avtomobil ayrılır, amma kağız üzərində. Əlillər özünüməşğulluq proqramına daxil olur, amma siyahıdan silinirlər. Qazilərə ev verilir, amma başqasının adına keçir. Bunların hamısı illərdir cəmiyyətdə səssiz şəkildə baş verir və nə yazıq ki, məsuliyyət daşıyan şəxslər hələ də vəzifədədir.



"dogruxeber.tv" olaraq, bu məsələnin ciddi araşdırılmasını, nazir Anar Əliyev, rayon icra başçısı Məhərrəm Quliyev, eləcə də Goranboy rayon məşğulluq şöbəsinin rəhbərliyinin bu vəziyyətə cavab verməsini tələb edirik.

Əgər bu şəxslər öz vəzifələrinin mahiyyətini anlamırlarsa, ən azından bu vəzifələri daha vicdanlı şəxslərə təhvil versinlər. Cəmiyyət susmur, və susmamalıdır!

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin sğz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 548

Son xəbərlər

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

Bütün xəbərlər