Vətəndaşların icazəsi olmadan evlərini sökdürən vəzifəli şəxs bəraət istəyir

Bakıda əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Bəxtiyar Cəfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

"dogruxeber.tv"ın Pravda.az-dan əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılacaq.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Bəxtiyar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Nəsimi Rayon Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdə qeyd edilib ki, Baş Prokurorluğun depozit hesabına ödənilmiş 38 000 manat pul iş üzrə bir zərərçəkmişə və 36 000 manat pul isə digər zərərçəkmiş şəxsə verilsin. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Bəxtiyar Cəfərov paytaxt ərazisində fəaliyyət göstərən Mənzil-Tikinti Kooperativlərinin (MTK) birində menecer vəzifəsində işləyib. O, 2022-ci ildə MTK-nın sədri tərəfindən təsdiq edilmiş xidməti vəzifələrinin icrası ilə əlaqədar şirkət üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib.

Belə ki, Bəxtiyar 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən ünvanda Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan, sahəsi 17 m-lik, 36 000 manat dəyərində olan və yaşamaq üçün sığınacaq kimi zərərçəkmiş M.M.-in (şərti) istifadəsinə verilmiş bir otaqlı mənzili onun razılığı olmadan sökülməsinə göstəriş verib.

Bundan başqa, o, 07 yanvar 2023-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 34 saylı ünvanda yerləşən ünvanda ümumi sahəsi 18 m2 təşkil edən zərərçəkmiş N.N.-in (şərti) xüsusi mülkiyyətindəki 38 000 manat dəyərində olan bir otaqlı mənzilin onun razılığı olmadan sökülməsinə göstəriş verib.

Hər iki ev ağır texnikadan istifadə etməklə sökülərək məhv edilib.

Daha sonra Bəxtiyar Cəfərov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Oxunub: 351

Son xəbərlər

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

Bütün xəbərlər