Peşə bayramı yoxsa “peşəkar özbaşınalıq günü”? – Dövlət qulluqçuları və xalqın taleyi

Ötən gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı idi.

dogruxeber.tv: - Təqvimdə “rəsmi” bir gün – təbriklər, təltiflər, bəlkə bir-iki gül buketi və ya quru sözlərlə dolu çıxışlar gözlənilir. Amma gəlin etiraf edək: bu peşənin bəzi "nümayəndələri" artıq çoxdan xalqın yox, yalnız öz ciblərinin xidmətçiləri olublar.

Bəli, dövlət qulluğu – adı böyük, məsuliyyəti ağır bir anlayışdır. Amma nə zaman bu anlayış “mənimsəmə, qohumbazlıq və cəzasızlıq” sinoniminə çevrildi?

Cəmi bir neçə gün əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev və onun müavinləri DTX tərəfindən həbs edildi. İttihamlar ciddi: rüşvət, səlahiyyətdən sui-istifadə, dövlət əmlakının mənimsənilməsi.

Bəs bu şəxslərin “peşəkar fəaliyyəti” illərlə niyə gözardı edildi? Niyə bu günə qədər təltiflər, mükafatlar, “səmərəli fəaliyyət” diplomları ilə qarşılandı?

İşin daha da ironik tərəfi odur ki, Musa Şəkiliyev təsadüfi bir məmur deyildi. O, yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinə malik idi – Baş nazirin köməkçisi Əhməd Əhmədzadə və Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə onun qohumlarıdır. Yəni dövlət qulluğuna giriş bəzi ailələr üçün “ailədaxili təyinat” prinsipi ilə işləyir.

Amma təkcə Qaxmı?

"dogruxeber.tv" olaraq biz illərdir xəbərdarlıq edirik.

Aşağıdakı icra başçılarının fəaliyyəti ilə bağlı sistemli şikayətlər, ictimai narazılıqlar, qanunsuz tikililər, büdcə vəsaitlərinin şəffaf olmayan istifadəsi kimi faktlar ortadadır:

Adil Əliyev, Adil Vəliyev, Elxan Allahverdiyev, Kamal Həsənov, Elçin Rzayev, Elnur Rzayev, İlqar Mahmudov, Elşən Salahov, Mirhəsən Seyidov, Tahir Məmmədov, Rövşən Bağırov, Niyazi Bayramov, Coşqun Cəbrayılov, Seymur Orucov, Məhərrəm Quliyev,

Bu şəxslərin başçılıq etdiyi rayonlarda məmur özbaşınalığı artıq “adi hal”a çevrilib. İnsanlar deyir: "İcra hakimiyyətinə getməkdənsə, notarius daha ədalətlidir."

Yəni vəziyyət o həddə çatıb ki, dövlətin yerli idarəetmə orqanı – xalqla dövlət arasında körpü olmaq əvəzinə, büdcə ilə şəxsi maraqlar arasında boru xəttinə çevrilib.

Ən qəribəsi isə budur: şikayətlər artır, amma cavab verən yoxdur.
Niyə?
Çünki qohum-qardaş sistemi yalnız ailədə deyil, idarəetmədə də keçərlidir.

Bu gün, peşə bayramında xalq da sual verir:
Biz bu peşə sahiblərinə görə sevinək, yoxsa utanaraq başımızı aşağı salaq?

"dogruxeber.tv" olaraq bildiririk:

Qaxla bitməyəcək!

Qohumbazlıq, korrupsiya və məmur toxunulmazlığı sistemi artıq dağılmalıdır!

Dövlət qulluğu xalqın qulluğudur – ailənin, tayfanın yox!

Əsl dövlət qulluqçusu bu yazıya görə inciməz. Əksinə, öz adının bu qaranlıq siyahılarda olmamasına sevinər.

Adları çəkolən şəxslər məmurlar barəsində qarşıdakı günlərdə ətraflı məlumatlarımız olacaq.

Bizi izləməkdə davam edin.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 683

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər