Altı il gözlət, sonra “sənə düşmür” de – bu hansı idarəçilik modelidir?

"dogruxeber.tv" xəbər verir: Goranboy rayonu Təklə kənd sakini Emin Tahir oğlu Əliyev 6 ildən çoxdur ki, "özünüməşğulluq proqramı"ndan istifadə etmək istəyir. Ailəli, 3 övlad atası olan Emin bəy 2018-ci ildən etibarən bu proqrama müraciət edib. O, hərbi xidmətdə olarkən səhhətində yaranan psixonevroloji problemlər səbəbilə geri göndərilib və bu əsasla ona 3-cü qrup əlillik təyin olunub.

Əsas məsələ isə budur: əgər qanun bu cür diaqnozla şəxslərə özünüməşğulluq proqramından yararlanmağa imkan vermirsə, onda niyə bu vətəndaşın müraciəti qəbul olunub, evinə baxış keçirilib və 6 il ərzində ümidlə gözlədilib?

Müraciətdən illər keçdikdən sonra, nəhayət 2024-cü ilin əvvəlində Emin bəy yenidən Goranboy Məşğulluq Mərkəzinə yaxınlaşır. Cavab verən məmurlar – İqbal bəy və Fərid bəy – məsələyə, sanki səhnələşdirilmiş bir tamaşanın final dialoqu kimi, bu cür son qoyurlar:

“Əmək qabiliyyətin yoxdur, sənə heyvan düşmür.”

Əgər əmək qabiliyyətsizliyi əvvəldən məlum idisə – nə üçün bu insan illərlə süründürülüb? Əgər qanun buna imkan vermirdisə – nəyə əsasən sənədləri qəbul olunub, evinə baxış keçirilib, gözləməyə məcbur edilib? Bu, hüquqi deyil, psixoloji işgəncədir.

Bu, sadəcə hüquqi yox, həm də idarəetmə böhranıdır

Azərbaycan Respublikasının “Əmək Məcəlləsi” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu belə hallarda aydın və şəffaf prosedurların tətbiqini tələb edir. Bu sənədlərdə deyilir ki:

Müraciət edən şəxslərə vaxtında və əsaslandırılmış cavab verilməlidir;

Qanunla müvafiq olmayan şəxslərin müraciəti ilkin mərhələdə rədd olunmalı və səbəbi yazılı izah edilməlidir.

Lakin Goranboyda nə yazılı rədd var, nə izahat. Sadəcə – səssizliyə bürünmüş süründürməçilik.

Əgər Emin Əliyevin səhhəti bu proqrama uyğun deyilsə, dövlət orqanı onun müraciətini rəsmi şəkildə dərhal rədd etməliydi. Əvəzində isə 6 il ərzində ailəsi ilə birlikdə onu “ümid rejimində saxlayıblar.”

Bu müddətdə Emin bəy artıq bir deyil, iki dəfə müraciət edir. Sonuncu dəfə isə – həyat yoldaşı Aysel Mehdiyevanın adına.

Aysel xanım qeydiyyata alınır, evə baxış keçirilir, təlim və qiymətləndirmə vəd edilir. Amma… artıq 1 il 6 aydır ki, nəticə yoxdur. Yenə də “proses gedir”, “təlim olacaq” vədləri – əslində zamanı boşa çıxaran, insanların iradəsini tükədən bir metod halını alıb.

Yeni təyin olunmuş əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və onun rəhbərlik etdiyi qurum, sələfi Sahil Babayevin dövründəki özbaşınalıqları “islah etmək” əvəzinə, daha sistemli susqunluq tətbiq edirlər.

İndi dəyişən yalnız məmur adlarıdır. Qalıcı olan isə vətəndaşların əzilməsi, süründürməçilik və ümidlərin məhvidir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu məsələ ilə bağlı məlumatlıdır. Lakin konkret heç bir tədbir görmür. Vətəndaşın probleminin həlli yerli rəhbərliyin öhdəliyində olduğu halda, görünür “yuxarıdan göstəriş gəlmədiyi üçün” məsələ ilə maraqlanmaq belə uyğun bilinmir.

"dogruxeber.tv" olaraq bildiririk ki, Emin Əliyevin müraciəti həqiqi səbəblərlə və dərhal izah olunmalı idi, 6 il gözlədilməməliydi;

Həyat yoldaşı Aysel xanımın müraciəti ilə bağlı da bütün prosedurlar sürətləndirilməlidir;

Məşğulluq Mərkəzində vətəndaşlara qarşı qanun pozuntusu və ya məsuliyyətsizlik halı varsa, araşdırılmalı və cavabdehlər cəzalandırılmalıdır;

Sosial dəstək sistemində şəffaflıq və vaxtında rəsmi cavab vermə mexanizmləri tətbiq olunmalıdır.

Bu ölkədə vətəndaş dövlətin sosial proqramına yalvarmalı yox, müraciət etməli, haqqını arzulamamalı, almalıdır.

Əgər qanun imkan vermirsə, vətəndaşa “düşmür” deyin – altı ildən sonra yox!

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 825

Son xəbərlər

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

Bütün xəbərlər