Əlillik müavinəti kəsilən ana özünü öldürmək istəyir - ƏƏSMN-yə müraciət

dogruxeber.tv: - Ağcabədi rayon Hacılar kənd sakini Rüstəmova Gülnarə Namaz qızı özünü öldürmək həddinə çatıb. Onu buna ailə vəziyyətinin ağır olması, üstəlik heç bir səbəb göstərilmədən əlillik müavinətinin kəsilməsidir.

Çarəni ancaq intiharda görən G.Rüstəmova Dominant.az-a açıqlamasında problemlərini bir-bir sadalayıb:
“Mən 25 noyabr 1982-ci ildə Ağcabədi rayonunun Yuxarı Kəhrizli kəndində doğulmuşam. Orta təhsilliyəm. Həm oğlum, həm də özüm irsi xəstəlik daşıyıcısıyıq. Özüm irsi xəstəliklə yanaşı bir neçə ciddi xəstəlikdən illərdi əziyyət çəkirəm. Xəstəliyim geriyə dönməz, yəni sağalmaz xəstlik olduğu üçün 29.08.2019-cu ildən mənə müddətsiz ikinci qrup əlillik təyin olunub. 10 yaşlı oğlum da talisemiya xəstəsi olduğu üçün ona 2020-ci ilin oktyabr-noyabr ayından əlillik müavinətı təyin olunub. 2021-ci ilin yanvar ayından etibarən heç bir rəsmi bildiriş olmadan, əlillik müavinətim dayandırılıb”.
Əlillik müavinəti kəsilən ana özünü öldürmək istəyir - ƏƏSMN-yə müraciət

Gülnarə bildirir ki, ona əlillik müavinətinin dayandırılması barədə rəsmi bildiriş gəlməyib:

“Bilmirlərmi ki, bildiriş olmadan, dövlətin əlillərə təyin olunmuş müvanətini dayandırmaq cinayətdir?! Gedib müavinətimin dayandırılmasının səbəbini soruşuram, yazılı heç bir cavab vermirlər, ancaq şifahi şəkildə cavablandıraraq məni yola verirlər. Cavabdeh qurumlar əvvəlcə şifahi formada bildirdilər ki, xəstəliyim haqqında Bakıya gedib, yenidən arayış almalıyam. Mən də getdim və aldım. Sonra yenidən şifahi şəkildə bildirdilər ki, 2020-ci ilin dekabr ayından əlillik müddətim bitib. Soruşdum ki, necə yəni müddət bitib?! Birincisi, mənə əlillik müddətsiz təyin olunub. İkincisi, lap elə müddətli təyin olunubsa belə, yenə də müddət indi yox, 2024-ci ilin avqustunda bitməlidir axı. Bundan sonra da bəhanə gətirdilər ki, dövlətin yeni qərarına əsasən, ailədə bir nəfər müavinət alan əlil varsa, ikinci şəxsə əlilik müavinəti düşmür. Yəni oğlun əlillik müavinəti alırsa, sənə düşmür. Bütün bunları da ancaq şifahi formada bildirirlər. Yazılı formada nə cavab ala bilirəm, nə də müraciət edə. Məktub yazıb aparıram, Ağcabədi rayon sosial müdafiə fondunda məktubumu qəbul etmirlər ki, ancaq poçt vasitəsilə göndərə bilərsən. Dərk etmirlər ki, inzibati binada vətədaşın şikayət məktubunu götürməmək özü belə cinayətdir, konstutusiyaya zidd addımdır, öz işini bilməməkdr. Gah da deyirlər ki, məktuba niyə müraciət yazmısan, gərək ərizə yazardın. Bu absurd açıqlamaların əlində girinc qalmışam. Dava-dərmanla yaşayan adamam, əlillik müavinətimi ləğv etməklə və get-gələ salmaqla məni ölümə məhkum etmək istəyirlər”.
Əlillik müavinəti kəsilən ana özünü öldürmək istəyir - ƏƏSMN-yə müraciət

Şikayətçi saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edir, üzləşdiyi problemin aradan qaldırılmasında aidiyyəti şəxslərin köməklik göstərməsini xahiş edir:

“Çox çıxılmaz vəziyyətdə qalmışam. Şikayətimə baxan yoxdur. Özümüz də şəhid ailəsiyik. Dərmansız yaşaya bilmərəm, məni intihar həddinə çatdırıblar. Xahiş edirəm, 2021-ci il yanvar da daxil olmaqla, mənim əlillik müvainətimin bərpa olunaraq, hesab kartıma köçürülməsində yardımçı olasınız”.//dia.az

Son xəbərlər

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

Bütün xəbərlər