DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

dogruxeber.tv: - Lerik rayon sakini Məmmədov Mahir Müqabil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

"Mən, 02 may 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu, 2009-cu ildən 80 saylı Lerik-Astara dairə seçki komissiyası katibliyində baş məsləhətçi vəzifəsində işləyirəm. 2024-cü ilin iyun ayında, Parlament seçkiləri ərəfəsində 80 saylı dairəyə Fazilov Firdovsi Şaiq oğlu yeni sədr təyin olundu. Fazilov hərbi xidmətə yararsız kimi vətənə borcunu ödəməkdən yayınmış, hansısa özəl universitetin diplomunu kiminsə vasitəçiliyi ilə almışdır. 2016-cı ilə qədər "Kapital bank" ın Lerik rayon filialında mühasib işləyərək, əhalinin kart hesabına köçürülməli pulların qəpik hissələrini mənimsəyərək, 30 min manat civarinda yeyinti etməsinə görə işdən azad edilmişdir.

Sonradan Lerik rayon Dövlət Aqrar İnkişaf Mərkəzində baş mühasib kimi çalısaraq, fermer və sahibkarların bir hissəsilə razılaşma yoluyla, bəzilərindən isə gizli şəkildə şişirdilmiş rəqəmlərlə subsidiyalar yazaraq, dövlət əmlakini talamışdır. Buna görə də nazirlik tərəfindən xəbərdarlıq və töhmət almısdır.

2020-ci ildə "Universal 2020" adlı MMC vasitəsilə vergi ödənişlərindən yayınmaqla, Lerik rayon büdcəsini talamaqla maxinasiyalar etmişdir.

Yuxarıda sadaladığım əməllərin faktiki sübutlarına malik olmadığımdan, 22 aprel 2025-ci il tarixdə Prezident aparatına və Baş Prokurorluğun Korrupsiya idarəsinə ünvanladığım şikayət ərizəmlə bu yeyintilərin araşdırılmasını xahiş etmişəm. Fakt və sübut kimi isə 2024-cü il Parlament seçkiləri zamanı Firdofsi Fazilov 80 saylı dairə və 127 məntəqə seçki komissiyaları üçün dövlət büdcəsindən ayrılmış yanacağı tamamilə, dəftərxana ləvazimatlarınin isə 80-90% mənimsəyərək, satmışdir.

1982-ci il təvəllüdlü Firdofsi Fazilov çirkin əməllərinə bəraət qazandıraraq, "Mən bu vəzifəyə 70 min manat rüşvət verib gəlmişəm", "Bu, mənim komandam deyil",- deyərək, yarızarafatla da olsa bəzi dairə üzvlərinə "Səni işdən çıxardıb yerinə təzə işçi götürərəm" kimi sözlər deməsi və sairə...

2025-ci ildə də Bələdiyyə seçkiləri zamanı Fazilov 80 saylı dairə və onun 127 məntəqəsi üçün dövlət büdcəsindən ayrılmış yanacaq və dəftərxana ləvazimatlarının 80-90%-ni, kalkulyator və stolüstü telefon aparatlarını mənimsəyərək satmışdır. Bələdiyyə seçkilərində çox az sayda məntəqələr üçün yanacaqdoldurma məntəqəsindən 20 manatlıq yanacaq götürmələri tapşırılıb, hamısına deyil. Bunları etdikləri azmış kimi, yanacaq doldurma məntəqəsi də 20 manatın 5 manatinı mənimsəyərək, 15 manatlıq yanacaqla təmin edib.

Hal-hazırda Lerik rayon prokurorluğunda araşdırmalar davam edir. Lakin məndə olan məlumata görə, məntəqə sədrlərinə təzyiqlər göstərilir ki, rəqəmlər Fazilovun xeyrinə yazılsın. Araşdırmanin əvvəl günlərində rəngi qaralan, çox narahat görunən sədr hələ 19 iyun 2025-ci il tarixdə Mərkəzi Seçki Komissiyasina ünvanladığim növbəti şikayət məktubumun MSK-ya çatması təzə sədri mənə yalvarmağa məcbur etdi. Öz otağında mənə yalvararaq, MSK-ya zəng etməmi və məktubun cənab sədr Məzahir Pənahova verilməsini gecikdirmək istəyi idi. Lakin mən buna etiraz etməyimə baxmayaraq, deyəsən doğurdan da məktubum hələ Məzahir müəllimə təqdim olunmayıb. Odur ki, son günlərdə Fazilovun çox rahat və özündən razı şəkildə "Mən işimi qutarmısam", "Məni prokurorluğa tapşırıblar" kimi sözləri deməsi məni belə düşünməyə vadar etdi.

Odur ki, bu məsələni ictimailəşdirərək, mənim çağırışımı ölkə Prezidenti İlham Əliyev cənablarına və Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova çatdırmanızı xahiş edirəm. Mən razı ola bilmərəm ki, Firdofsi kimilər MSK-nın imicinə kölgə salsın".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

Bütün xəbərlər