Antarktikada Yer kürəsinin 1,2 milyon illik "buz arxivi" tapıldı

Almaniyanın Bremen əyalətinin Bremerxafen şəhərində alimlər Yer kürəsinin bu günədək aşkarlanmış ən qədim buz nüvəsini tədqiq edirlər.

"dogruxeber.tv" xəbər verir ki, bu nüvə - diametri 10 santimetr, uzunluğu isə 2,8 kilometr olan buz silindridir və onun yaşı 1,2 milyon ildən çoxdur. Buz nüvəsi 2019-2021-ci illərdə beynəlxalq ekspedisiya çərçivəsində Antarktikada, 3200 metr hündürlükdə və -70°C temperatur şəraitində çıxarılıb. Elmdə bu qədər qədim və dərin buz nümunəsi ilk dəfədir ki, mövcuddur.

Buz nüvəsi Avropaya -50°C-də saxlanılmaqla 700 yeşikdə gətirilib. Hazırda o, Bremerxafendə yerləşən Alfred Veqener İnstitutunun laboratoriyasında -18°C temperaturda hissələrə ayrılır və yüksək dəqiqlikli analizlərə hazırlanır. Alimlərin əsas məqsədi təxminən 1 milyon il əvvəl niyə buzaqlama dövrlərinin 41 min ildən bir yox, artıq hər 100 min ildən bir baş verməyə başladığını anlamaqdır.

"Buzaqlama dövrlərinin periodikasını anlamaq təkcə Yer tarixini öyrənmək üçün deyil, həm də gələcəyimiz üçün vacibdir", deyə glasioloq professor Frank Vilxelms bildirib.

Digər tədqiqatçı, professor Paskal Boleber isə qeyd edib: "Biz bu buzu bütün mövcud üsullarla – struktur analizlərindən tutmuş kimyəvi tədqiqatlara qədər – araşdırırıq. Bu məqama illərlə hazırlaşmışıq"

Alimlər bu qədim buzu dəyəri ölçülməyən iqlim arxivi adlandırırlar. Məhz bu nüvənin ən dərin qatlarında ilk dəfə olaraq Antarktida materikinin əsasını təşkil edən qranit süxurlar da aşkar edilib.

"Buzun alt təbəqəsi elə bir formadadır ki, sanki bərk bir səth üzərində dayanıb. Böyük ehtimalla bu, Antarktida materikidir. Bu süxur da indi diqqətlə tədqiq olunacaq. Ola bilər ki, bu araşdırmalar qitənin nə zaman buzla örtülməyə başladığını göstərəcək", deyə professor Vilxelms izah edib.

Tədqiqatların ilk nəticələrinin təxminən bir ildən sonra açıqlanacağı gözlənilir.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər