gundem / iqtisadiyyat / Cəmiyyət
12.07.2025, 14:00
İnsan Haqları və Yerli Məmurlar – Şikayət Həmişə Yuxarı Getmir
İnsan hüquqları yalnız qanunlarla qorunmur, eyni zamanda icra ilə də təsdiqlənir. Amma çox təəssüf ki, bir çox hallarda vətəndaşların ən sadə hüquqları belə yerli səviyyədə təmin edilmir.
"DoguXeber.az" olaraq üz tutduğumuz bir çox bölgədə, vətəndaşlar haqsızlıqlarla qarşılaşır, lakin problemlərinin “yuxarılara” çatmadığını bildirirlər.
Konstitusiyaya görə hər bir vətəndaş dövlət qurumlarına müraciət etmək, şikayətini bildirmək və cavab almaq hüququna malikdir. Amma real həyat göstərir ki, bu hüquq çox zaman yalnız kağız üzərində qalır. Vətəndaşlar şikayət etdikdə, onların sözləri ya ciddiyə alınmır, ya da məmurlar arasında bir növ “yuxarı ötürmə” oyunu başlayır – məsuliyyət bir-birinin üzərinə atılır.
Səyyar Qəbullar Formal Xəttə Dönüb
Son illər bəzi rayon və qəsəbələrdə keçirilən səyyar qəbul günləri ümid yaratmışdı. Amma bir çox hallarda bu qəbullar formal xarakter daşıyır: sadəcə siyahıya alınır, amma problemin həlli ilə bağlı heç bir real addım atılmır. Bəzi hallarda şikayət edən şəxs sonradan daha çox təzyiqlə qarşılaşır.
Ən narahatedici məqamlardan biri isə vətəndaşın qorxu ilə yaşamasıdır. Bir çox insan şikayət etdikdən sonra iş yerində, icra strukturlarında və ya sosial mühitdə təzyiqlə üzləşdiyini bildirir. Bu, vətəndaşın susdurulması, haqsızlığın kök salmasına şərait yaradır.
Əgər bir məmur vətəndaşın hüquqlarını pozursa, bu təkcə həmin şəxsə deyil, dövlətin nüfuzuna zərbədir. Əgər icra nümayəndələri vətəndaşın səsinə qulaq asmırsa, bu, etimadın tükənməsinə səbəb olur. Hüquq mühafizə və nəzarət orqanları isə çox zaman bu tip şikayətləri “yerli məsələlər” kimi qəbul edib araşdırmadan kənarda saxlayır.
Həll Nədir?
Müstəqil şikayət mexanizmlərinin yaradılması
Şikayət edən vətəndaşın qorunması ilə bağlı mexanizmlərin tətbiqi
Yerli məmurların fəaliyyətinə ictimai nəzarət sisteminin gücləndirilməsi
Jurnalistlərin və QHT-lərin bu məsələlərə daha çox diqqət ayırması
"dogruxeber.tv" olaraq hesab edirik ki, insan hüquqları yalnız beynəlxalq sənədlərdə yox, gündəlik həyatımızda qorunduqda əhəmiyyət kəsb edir. Məmurlar vətəndaş üçün çalışmalıdır, vətəndaş məmurdan çəkinməməlidir. Əgər cəmiyyətin səsi eşidilmirsə, demək hələ də çox yol qət etməliyik.


