gundem / dunya
15.07.2025
Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb.
"dogruxeber.tv" Ukrayna KİV-nə istinadən xəbər verir ki, ümumi səfərbərliyin və hərbi vəziyyətin müddəti daha 90 gün (noyabrın 5-dək) uzadılıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərlik müddətinin uzadılması haqqında iki qanun layihəsini iyulun 14-də Ali Radaya təqdim etmişdi.



