Sürətli internet – kağızda 100MB, realda isə...

dogruxeber.tv: - İnternet provayderləri son illər reklam çarxlarında elə bir sürət göstərirlər ki, adam baxanda elə bilir NASA ilə ortaq layihə həyata keçirirlər. "Ultra yüksək", "optik xətt", "raket kimi" kimi ifadələrlə vətəndaşı inandırırlar ki, bir düyməni basan kimi dünya sənindir. Amma düymə basılandan sonra olanlar dünyaya deyil, əsəblərin tarıma çəkilməsinə aparır.

Reallıqda internetin sürəti nə raketə, nə optikaya, nə də yüksəkliyə bənzəyir. Əksinə, modem sönüb yanır, router hərdən işə düşür, amma sən yenə də eyni səhifəni 10 dəqiqə yükləyirsən. Providerlər sözlərlə uçur, vətəndaş isə modemlə yerə ilişib qalır.

Rayon yerlərində "optik xətt" anlayışı artıq folklor elementinə çevrilib. Vətəndaş modemə baxır, internetin niyə işləmədiyini soruşanda cavab bu olur: “Sistem yenilənir.” Həmin sistem elə bil Ramazan təqvimi ilə işləyir, bayramdan bayrama düzəlir. İşıq varsa internet yoxdu, internet varsa sürət yoxdu, sürət varsa səhifə açılmır. Üstəlik, hər ay 20-30 manatlıq abunə haqqı da qətiyyətlə tutulur. Sürəti görə bilməyən vətəndaş, heç olmasa ödədiyi pulu hiss etməyə çalışır.

Pandemiya dövründə isə bu "sürətli internet" tam bir texniki kinoya çevrildi. Onlayn dərs deyəndə müəllimin səsi yox olurdu, şagird görüntüdə donurdu, internet isə ümumiyyətlə özü tətilə çıxırdı. Ana modemi döyür, ata kabeli dəyişir, uşaq isə Google Meet yerinə pəncərədən çölə baxırdı.

“100 MB sürətə qədər” ifadəsi artıq ölkədə yeni zarafata çevrilib. Çünki heç kim o sürəti görməyib, amma hamı pulunu ödəyib. Ən çox da gecə saat 3-də, hamı yatanda 3 MB sürət görünəndə sevinən insanlar var. Belə çıxır ki, internetlə işləmək üçün gecə növbəsinə keçmək lazımdır.

Provayderlər sürətdən danışır, insanlar isə sabitlikdən. Amma görünən odur ki, sabit olan tək şey – hər ay gələn abunə haqqıdır. Verilən vədlər isə külək kimi – gəldi, keçdi, getdi.

"dogruxeber.tv" olaraq bildiririk ki, vətəndaş bu sürətdən bezib. İnternetə baxmaq istəyənlər indi daha çox pəncərəyə baxır, bəlkə hava dəyişər, bəlkə router utanar, bəlkə sistem oyanar. Amma görünən odur ki, sistem yatır, modem əsnir, sürət isə heç vaxt gəlmir.

Hələ utanmadan da statistik rəqəmlər güya Azərbaycanın internet sürətinə görə birinci yerdə olduğunu deyir.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər