gundem / yazarlar / Mədəniyyət
19.07.2025
BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ - Yeddinci hissə

XÜSUSİ TƏYİNATLILAR - 239
(Bədii- publisistik sənədli oçerklər)
Yeddinci hissə
MİRFAZİL HƏMİD
(Bədii- publisistik sənədli oçerklər)
Yeddinci hissə
MİRFAZİL HƏMİD
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6
Müzakirə uzun çəksə də yekun bir nəticəyə gələ bilmirdilər.Axırda polkovnik Ayhan bəy söz alıb dedi:
-Bəylər, əgər müzakirələr Şuşanı erməni işğalından almaqdırsa, mən təlim keçdiyim əsgərlərlə Şuşanı qaytarıram. Yaqin ki, mənim bu sahədə xüsusi
təcrübəm olduğunu bilirsiniz. Narahatçılğa heç bir əsas yoxdur...
Onlar bir-birinin üzünə baxdılar.Sanki onlar Türk komutanından bu təklifi gözləmirdilər.Kimsə yerindən dedi:
-Ayhan bəy,siz xarici,yəni Türkiyə vətəndaşı olduğunuz üçün bu mümkün deyil. Üzürlü sayın.Diqqətiniz üçün çox təşəkkür edirik.
Ayhan bəy gülümsündü:
-Nə olar,-dedi və yanında oturmuş Valid Vəliyevi göstərdi.-Onda 239 saylı hərbi hissənin komandir müavini Valid bəy rəhbərlik edər.Məqsədimiz Şuşanı geri qaytarmaqdır.
Bu təklifə də etiraz edildi:
-Burda ondan da yüksək rütbəli zabitlər var.Müzakirəni də biz aparırıq.
-Tamam, tamam.-Deyə Ayhan bəy öz yerində əyləşdi. Əlbəttə, necə istəyirsiniz?..Belədirsə, əsgərlərə nə üçün təlim keçirik?
Müzakirələr çox uzun çəkdi. Müxtəlif təkliflər səsləndi, amma Şuşanın işğaldan azad olunması üçün heç bir qərar qəbul olunmadı.Yekun nəticədə ermənilərin Hadrut-Turşsu yolu ilə Laçına ehtimal olunacaq hücumlarının qarşısını almaq üçün Qəbələdən hərbi təlimdən gələn xüsusi təyinatlı hərbi qüvvələrin üç qrupa bölünməsi və üç istiqamətdə mövqe tutması yekdilliklə qəbul olundu. Hadrut-Turşsu yolu Köhnəkəndin içindən keçirdi.Birinci qrupun “Böyük Kirs” dağına,ikinci qrupun “Kiçik Kirs” dağına, üçüncü qrupun isə “Köhnəkəndə” göndərilməsi qərara alındı. Bu üç istiqamətdə mövqe tutulmalı idi.Belə də oldu.İclasın yekunu ilə əlaqədar Ayhan bəy şəxsi heyət qarşısında məlumat verdikdən sonra Etibar Məmmədovla birlikdə Bakıya qayıtdılar. Mirfazilgil isə Köhnəkənd istiqamətində yola düşdülər.
Laçın rayon mərkəzi ilə Köhnəkəndin arası 25-30 km.ancaq olardı.Amma yollar çox pis idi: dar,çala-çuxur,olduqca yöndəmsiz idi.Burda lazım gəlsə də sürətlə maşın sürmək olmazdı.Hər tərəf uca dağlıq olduğundan cüzi ehtiyatsızlıq böyük peşimançılıq yarada bilərdi.Yazın ortaları olsa da buralarda yabanı alça və zoğal ağacları indi-indi çiçəkləyirdi.Müxtəlif rəngli bu çiçəklər dağlara xüsusi gözəllik verirdi.
Mirfazil bu təmiz dağ havasını acgözlüklə ciyərlərinə çəkir,ecazkar təbiət gözəlliyindən zövq alırdı.Bunu hiss edən döyüş dostu Qabil Quliyev dedi:
-Deyəsən sən də mənim kimi təbiəti çox sevirsən?
Dostunun bu sözləri onu xəyaldan ayırdı,dərindən nəfəs aldı:
-Bilirsən?-Dedi.- Mən təbiəti sevməyən kimisə ağlıma sığdıra bilmirəm. Təbiət Allahın insanlara bəxş etdiyi bir möcüzədir.Bu möcüzələri dərk etmək asan olmasa da, amma onun gözəlliyi,bu gözəlliyin yaratdığı təəssürat insanlara olduqca faydalıdır.- O,gülümsünüb sonra əlavə etdi.- Sən bunları çox yaxşı bilirsən.
Elə Qabil danışmaq istəyirdi ki,qarşı tərəfdən, çox da yüksək olmayan təpələrin arxasından atəş səsləri eşidildi.Maşın sürətini azaldıb dayanana qədər xüsusi təyinatlılar bir anda maşından tullanıb ətrafda özlərinə döyüş mövqeyi tutdular. Demək olar ki,bura Köhnəkəndə çox yaxın idi.Amma atəş açanların kim olduğu bilinmirdi.Laçında olarkən bu barədə heç bir məlumat verilməmişdi..Çox güman ki, onlar da bu gəlişdən xəbərsiz idi. Anlaşılmaz bir vəziyyət yaranmışdı.Kənddə Azərbaycanlıların olub-olmaması, adamların çıxıb-çıxmadığı bilinmirdi. Bir qədər keşəndən sonra bələdçi Ramiz ağ parça qaldırıb qışqırdı:
-Atəş açmayın,-biz köməyə gəlmişik, Azərbaycanlılarıq!
Gələnlər Laçın kəşfiyyat qrupunun üzvləri idi. Mirfazil təəccüblə rota komandiri Vüqar Əhmədova tərəf çevrilib dedi:
-Komandir bu necə ola bilər? Bəs iclasda bu barədə sizə bir söz deməyiblər? Bəlkə səhvən bir- birimizi güllələyərdik.
Vüqar Əhmədov dedi:
-Çox dərinə getmə.Əsgərlərin əvəzinə komandirlər düşünür.
-Komandirlərin düşündükləri budur da, əsgərləri bir-biri ilə üz-üzə qoyurlar.Ortada qırılan yenə biz olacağıq.Onlara Şuşa lazım olsaydı Ayhan bəyin təklifini qəbul edərdilər.
Vüqar Əhmədov tərs-tərs Mirfazilə baxıb şəhadət barmağını ağzına apardı.
Mirfazilgil Köhnəkəndə girəndən sonra Laçın kəşfiyyat qrupu kəndi təhvil verib getdilər. Onlar 40 nəfərə qədər olardılar.
Köhnəkənd kəndi üç tərəfi uça dağlar,bir tərəfi qalın meşəlik olmaqla mənzərəli bir yerdə yerləşirdi.Hər tərəf yaşıl dona bürünmüşdü. Dağlar, dərələr, yamaclar...İnsan baxdığqca baxır,baxdıqca ruhu dincəlirdi. Amma... Amma burda başqa bir mənzərə də var idi.Ürəkləri didib parçalayan, ixtiyarsız göz yaşlarına səbəb olan,insanları yandırıb yaxan bir mənzərə...Kənddə bir nəfər də olsun insan yox id. Hamısı ev-eşiyini atıb getmişdi. Bəzi həyətlərdə ocaqlar tam soyumamışdı. Qapıları bağlı olan ev heyvanları, qoyun-quzu tövlədə mələşir, itlər damlarda hürüşür,toyuqlar hinlərdə qaqqıldaşırdılar.Həyətyanı sahələrdə,hətta evlərin içərisində bütün əşyalar,o cümlədən stol-stullar,yorğan-döşəyin səliqə ilə yığıldığı kravatlar,xalça-palaz,televizor,ərzaq məhsullarının saxlandığı yerlər,bir sözlə,evlərdə hər şey səliqə-səhmanda olduğu kimi qalmışdı.Burda baş verənlər haqqında məlumat almaq,hadisələri araşdırmaq üçün kimsə yox idi.Kənddə həyat tamamilə sönmüşdü.Mirfazil bu mənzərələri seyr etdikcə ürəyi sıxılır, nəfəs ala bilmirdi.Sanki havası çatışmırdı.Özünü çox pis hiss edirdi.Elə bu vaxt bölük komandiri Vüqar Əhmədov ona yaxınlaşdı:
-Nədi,nə fikirləşirsən?-Dedi.-Nə olub?
Mirfazil ona baxıb dedi:
-Gördüklərim məni dəhşətə gətirir.Ürəyim az qalır yerindən oynasın.
Vüqar Əhmədov dedi:
-Sənə demişəm ki,çox dərinə getmə.Müharibədə hər şey olar.
Kənddəki vəziyyət Mirfazili çox düşündürürdü.Düşündükcə o qənaətə gəlirdi ki, hansısa təxribatçı və maraqlı qüvvələr silahsız və müdafiəsiz sadə kənd sakinləri arasında panika yaratmış “ermənilər gəlir”deyə yaşadıqları evlərindən təcili çıxartmış, kənddən qovmuşdular.Məqsəd isə aydın idi: kəndi işğal etmək, soyğunçuluq, oğurluq, evləri yağmalamaq, heyvanları və əşyaları daşıyıb aparmaq...
Qabil tövlədə sahibsiz qalmış heyvanları hər səhər tezdən kənd ətrafı otlaq sahələrinə yönəldirdi.Toyuqlar isə kənd arası yollarda,çəmənliklərdə dənlənirdi. Axşam hava qaralanda heyvanlar da,quşlar da öz yerlərinə qayıdardılar...
Sonra ermənilərin ehtimal olunan hücumlarının qarşısını almaq üçün kəndin ətrafında,dağların hündür zirvəsində,Türk zabitlərinin öyrətdiyi kimi “Boz qurd” qaydasına uyğun olaraq üç yerdə döyüş səngərləri qazıb mövqe tutdular.
Birinci post kəndin girəcəyində, ikinci post kəndin mərkəsi hissəsinə yaxın dağlıq ərazidə, üçüncü post isə kəndin çıxacağında, olmaqla səngərlər qazdılar. Hava qaralana qədər işi qurtarıb növbətçi qoydular. Ermənilərdən isə xəbər yox idi...
Mayın 15-də Mirfazil kəndin girəcəyində postda olanda ZİL markalı bir yuk maşını yolun kənarında saxladı.Sürücü mülkü formada idi,maşında oturub ətrafa baxır,o yan,bu yana boylanırdı.Özünü çox şübhəli aparırdı.Mirfazil bunu dərhal hiss etdi.Ona yaxınlaşıb Azərbaycan dilində:
-Maşından düşün!-Dedi.
O,bərk qorxdu,qorxusubdan tir-tir əsirdi.Özünün və həyat yoldaşının pasportunu göstərib dedi:
-Mən bu kənddənəm.Beş gün əvvəl bizi, kəndin camaatını evlərimizdən
çıxartdılar. Dedilər tez olun,ermənilər gəlir,qaçın canınızı qurtarın, sonra gec olacaq. Mən də hamı kimi tez, tələsik yaşlı anamı,həyat yoldaşımı və iki körpə uşağımı götürüb kənddən qaçdıq. Beş gündür yollardayıq, yük maşınında gecələyirik. Özümüzlə uşaqların pal-paltarını, yorğan-döşək, heç nə götürməmişik. Uşaqlar soyuqlayıb xəstələnib, yeməyə heç nəyimiz yoxdur.O gündən ermənilərin kəndə girdiyini bilirdik.Çox sevindim ki,milli ordumuzun əsgərləri kəndimizə gəlib.
Mirfazil ona diqqətlə qulaq asandan sonra soruşdu:
-Gəlib bu sözü sizə deyənlər hərbiçilər idi,yoxsa mülkü adamlar? Özlərini sizə necə təqdim edirdilər?
-Vallah,özümüzü elə itirmişdik ki,ancaq canımızın hayında idik.Mən heç onların üzünü görmədim.Qonşulara baxıb qaçırdıq.Amma yolda deyirdilər ki, çoxu hərbiçilər idi.İçində mülkü adamlar da var idi.Onları heç kim tanımırdı.
-Eviniz kəndin hansı tərəfindədir?-Deyə Mirfazil onun bu kənddən olduğunu bir daha yoxlamaq istədi.-Evinizin quruluşu necədir?Qapınızda nə var?
Kişi ətraflı məlumat verdi.Bundan sonra Mirfazil bölük komandiri Vüqar Əhmədovla danışdı.Məsələni olduğu kimi dedi.V.Əhmədovun göstərişi ilə bir neçə əsgər kənd sakininə kömək edərək xeyli əşya, yorğan-döşək, pal-paltar, ərzaq, qab-qacaq və digər lazım olan şeyləri maşına yükləyib yola saldılar.
Ertəsi gün kənd sakinlərinə xəbər çatır ki, kənddə ermənilər deyil, milli ordunun əsgərləridir.Onlardan da bəziləri yük maşını ilə gəlib lazım olan əşyalarını apardılar...
Artıq beşinci gün idi ki,onlar Köhnəkənd kəndində qalırdılar.Ermənilərdən heç bir xəbər yox idi. Rabitə vasitələrinin batareyaları köhnəldiyindən nə qədər çalışsalar da mərkəzlə heç bir əlaqə saxlaya bilmirdilər. Rabitə vasitələrinin heç biri işləmirdi. Ərzaq ehtiyatı da azalırdı.Vəziyyət heç də yaxşı deyildi. Sanki bura heç hərbi qüvvə göndərilməmişdi.Böyük Kirs və Kiçik Kirs dağlarında olan bölüklərdən də xəbər yox idi...
Mayın 16-da axşam Mirfazil və üç əsgər kəndin girəcəyindəki döyüş mövqeyində növbətçi idilər.Onda Mirfazilin 32 yaşı vardı,ailəli idi,iki övladı vardı. O biri könüllü tələbələrin isə 19-20 yaşı vardı və onların da biri Qabil Quliyev idi.Qabil çox cəsarətli, qorxmaz,olduqca fədakar bir döyüşçü idi.O, sonradan bir çox döyüşlərdə fəallıq və igidlik göstərdiyinə görə “Dəli keçi” ləqəbini qazanmışdı.Hətta ermənilər də onu “Dəli keçi” tanıyırdılar.
Mirfazil gecə durbini ilə ətrafa baxır,hər yeri diqqətlə yoxlayırdı.Bir də gördü ki, Laçın istiqamətindən böyük bir hərbi texnika kalonu kəndə tərəf gəlir.Əvvəl inanmadı. Bir də diqqətlə baxdı.Tank və BMP- lərin faraları ətrafı güclü işıqlandırır və sürətlə onlara tərəf gəldiyini aydın göstərirdi.Dərhal bölük komandiri Vüqar Əhmədova və ümumi döyüş komandiri Valid Vəliyevə məlumat vedrdi.
Qabil Mirfazilə baxıb dedi:
-Vaxt daralır,indi biz nə edək?
Mirfazil dedi:
-Valid Vəliyev ikinci postdadır, dedi ki, indi gəlirəm.
-Bu, gec olacaq,-deyə Qabil narahatlığını bildirdi.-Bunlar artıq çatırlar.
Doğrudan da vəziyyət gərgin idi.Dörd nəfər hərbi kalona qarşı vuruşa bilməzdi.Mirfazil vəziyyətin ağırlığını dərk edir,müxtəlif çıxış yolları axtarırdı. O,ən ağır situasiyalardan çıxmağı bacarırdı.Amma indi düşmən çox yaxında idi. “Düşmən” deyə o, öz-özünə düşündü: “İndi ermənilər heç cür bura gələ bilməzdilər.Bu heç mümkün deyil.” Odur ki, çevrilib,Qabilə dedi:
-Bir az səbirli olaq, mən bunların erməni olduğuna qətiyyən inanmıram.Bu mümkün deyil.
Qabil nəsə demək istəyirdi ki, elə bu vaxt bizim əsgərlərdən biri səhvən, heç bir əmr olmadan əl pulemyotundan gələn hərbi texniki kalona tərəf atəş açdı. Texnikalar dayandı.
Həmin an BMP-nin lüləsi onların istiqamətinə tuşlandı.Elə bu vaxt Qabil səngərdən çıxaraq:
-Mənu qoruyun!-Dedi və heç bir cavab gözləmədən hərbi kalonun üstünə yeridi və avtomatını yuxarı qaldıraraq hündürdən qışqırdı:
-Atmayın!..Biz Azərbaycanlılarıq.-Dedi.
Elə bu vaxt BMP-nin lüku açıldı və bir nəfər yuxarı qalxaraq Azərbaycan dilində dedi:
-Sən kimsən?
-239 saylı hərbi hissənin əsgəriyəm,Qabil Quliyev.
-Sən dəlisən?-Tək-tənha avtomatla texnikanın üstünə gələrlər? Heç bilirsaən, sən nə edirsən?..
-Mən tək deyiləm!-Deyə Qabil əlini yuxarı qaldırdı və həmin anda səngərdən silahlar onlara tuşlandı.
Həmin adam gəlib Qabili qucaqladı.
Sonra Mirfazil,Vidadi, o biri postlardan köməyə gələn Qafur və digər əsgərlər də gedib onlarla qucaqlaşıb görüşdülər. Xeyli səmimi söhbət etdilər. Məlum oldu ki,onlar köməyə gəlmişdilər.Rabitə əlaqəsi olmadığından bu barədə məlumat verə bilməmişdilər.
Mirfazil gülə-gülə yarı zarafat,yarı ciddi dedi:
-Amma yaxşı ki,ayıq tərpəndik.Bilməyərəkdən bir-birimizi qıra bilərdik.
Belə vəziyyətdə qabaqdakı texnikanın üstündə milli bayrağı qaldırmaq yaxşı olardı.
Baş leytenant əlini onun çiyninə qoydu:
-Düzgün fikirdir,-dedi.-Bu,daha yaxşı olardı.Heç ağlımıza gəlməyib.
Mirfazil dedi:
-Ən böyük fəlakətlər xırda şeylərdən yaranır.Şükür ki,yaxşı qurtardıq.
Elə bu vaxt bölük komandiri Vüqar Əhmədov və döyüş komandiri Valid Vəliyev də gəldi.Xeyli söhbət etdik.Məlum oldu ki,bu gələnlər polkovnik Qənizadənin reyd briqadsının üzvləridir.Onlara məlumat verilmişdi ki, guya Köhnəkənd ermənilərdədir. Bunun həqiqət olub-olmadığını yoxlamağa gəlmişdilər. Getmək istəyəndə Vaaalid Vəliyev dedi:
-Qonağımız olardınız,sizi ac yola salmarıq...
Bölük komandiri gülə-gülə:
-İnanırıq,-dedi.-Bu boyda kənd sizə baxır,niyə də olmasın ki?..-Sonra da sağ
əlini ürəyinin üstünə qoyub əlavə etdi.-Çox sağ olun,İnşallah müharibə qurtarsın,sonra...İndi getməliyik...
Köhnəkəndə gələn gündən artıq bir həftə keçirdi.Bu bir həftə ərzində ermənilərdən heç bir səs-soraq yox idi.Bu sakitlik Mirfazili bərk sıxırdı.O,bu sakitliyi tufan qabağı sakitliyə bənzədirdi.Ev əşyalarını aparmağa gələn kişinin dediyi sözlər onu bərk düşündürür, düşündükcə narahat edirdi.”Oturmusunuz burda yaqin ki, Bkıda baş verən hadisələrdən xəbəriniz yoxdur. Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtdığı haqqında məlumatlar yayılıb. Özü də deyirlər ki, camaata yaman hədə-qorxu gəlirlər. Belə asacam, belə kəsəcəm”... Əgər bu xəbər doğrudursa, onda ölkədə güclü qarşıdurma ehtimalı daha da güclənirdi.İndiki halda, ermənilərin işğalçılıq siyasəti yeritdiyi bir vaxtda bu,çox böyük fəsadlar yarada bilərdi.Bütün bunları düşündükcə narahatlığı daha da artır, bir yerdə qərar tuta bilmir,o tərəf,bu tərəfə gəzinir,bu boyda ərazidə özünə yer tapa bilmirdi. Onun fikrincə, Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə qayıdışı səhv addım idi və AXC-nin hakimiyyətə gəlməsi, daha düzgün, zamanın tələbi idi, bu, kiminsə istəyib-istəməməsindən asılı deyildi. Şuşanın işğalı,güc strukturlarının bu barədə heç bir qərar çıxarmaması və Köhnəkəndin boşaldılması, kənddə heç kimin olmaması,Laçının üstünü qara buludların alması çox şey deyirdi.Ölkədə vəziyyət heç də yaxşı deyildi.İnsanlar sanki öz taleyinin ümidinə buraxılmışdı.
Elə bu vaxt kimsə arxadan onun qoluna girdi.Dönüb baxdı,Vüqar Əhmədov idi.
-Nə fikirləşirsən?-Deyə o,maraqla soruşdu.
Mirfazil qayğılı-qayğılı dostuna dedi:
-Bilirsən,komandir?-Dedi.-Neçə gündür burdayıq, heç elə bil Azərbaycan ordusunun bizim kimi əsgərləri yoxdur.Düşünürəm ki,bu nə münasibətdir?Belə işmi olar? Bakıdan heç bir məlumatımız yoxdur.Sanki biz heç kimə lazım deyilik?
Vüqar diqqətlə dostuna baxdı.Baxışlar toqquşdu.Sanki bu baxışlarda bir-birinə deyə bimədiyi nəsə vardı.Deyirlər bəzən insan dili ilə deyə bilmədiklərini baxışları ilə deyir.Onların hər ikisi vətənimizin qeyrətli,cəsur, igid oğulları idi və
özlərindən başqa burdakı əsgərlərin taleyi onları daha çox maraqlandırırdı.
Bura sanki ölüm düşərgəsi idi və sanki onlar oturub ölümlərini gözləyirdilər.
Vüqar dostunun narahatlığını başa düşdü.Əslinə qalsa onun özü də bu barədə düşünürdü.Apardığı son kəşfiyyat məlumatlarına görə bu tərəflərdə heç bir erməni-rus hərbi birləşmələri və əsgərləri yoxdur.Yəni heç bir hücum gözlənilmir.Amma Laçında vəziyyət yaxşı deyil.Şuşanın geri qaytarılması məsələsi açıq qaldığından getdikcə Laçını təhlükə bürümüşdü.Odur ki,dərindən nəfəs alıb dostuna dedi:
-Mən səni başa düşürəm,sən hərəkat adamısan,Xalq Cəbhəsinin üzvüsən, mənə elə gəlir ki,sən burdan çox orda lazım idin.Burda da belə...Mənə elə gəlir ki,daha burdan getmək lazımdır.Burda qalmağın heç bir mənası yoxdur.
-Mən də o fikirdəyəm,-deyə Mirfazil ayaq saxladı.-Validlə danışmaq lazımdır.Daha bizlik burda heç bir iş yoxdur.-O,dostunun gözlərinə baxıb əlavə etdi.- Düzünə qalsa bizi bura göndərmək lazım deyildi.Mən müşavirədə iştirak etməmişəm,siz olmusunuz, amma hiss edirəm ki,Ayhan bəyin mövqeyi onların xoşuna gəlməyib.Çünki orda yekun bir rəyə,fikrə gəlinməməsi bunun əyani sübutudur.
Elə bu vaxt döyüş komandiri Valid Vəliyev bölük komandiri Vüqar Əhmədovu yanına çağırdı.Hər ikisi birlikdə kəşfiyyata getmək haqqında qərara gəldilər.Təxminən iki saatdan sonra geri qayıtdılar.Kəşfiyyat məlumatlarına əsasən Turşsuda heç kimin olmaması faktı bütün bu düşüncələrə aydınlıq gətirdi.
Mirfazilin düşüncələri ilə kəşfiyyat məlumatları üst-üstə düşürdü. Polkovnik Qənizadənin reyd briqadasının yerləşdiyi Turşsu boşaldılmışdır. “Bir həftə öncə ölkənin bütün silahlı qüvvələrinin Şuşanın işğaldan azad olunması ilə əlaqədar keçirilən müşavirə bu ünvanda baş tutmuşdu.” Hadisələrin axarı onu deməyə əsas verir ki, Laçının taleyi Şuşanın taleyi ilə çox oxşardı.
Turşsuya kəşfiyyata gedib qayıdandan sonra Vüqar özünə gələ bilmirdi. Bir neçə saat sonra dərindən köks ötürüb dedi:
-Düz deyirsən,Mirfazil bəy.İndi sübut olundu ki,bizi bura elə belə göndəriblər. Təcili burdan çıxmalıyıq.Onsuz da buralarda heç kim yoxdur.
Nə kənd adamları var, nə də erməni.
Beləliklə,bir həftə Köhnəkənddə qaldıqdan sonra geri çəkilməyi qərara aldılar.Döyüş komandiri Valid Vəliyevin QAZ-69 markalı maşınından başqa
heç bir maşın yox idi.Buna görə də piyada getmək məcburiyyətində qaldılar. Meşənin kənarı ilə,torpaq yolla Turşsuya doğru hərəkət etdilər.
Ətraf olduqca mənzərəli və gözəl idi.Müxtəlif rəngli güllər,çiçəklər bu gözəlliyi daha da artırır,insanlara xüsusi zövq verirdi.Amma deyəsən onlar bu gözəlliyi duymaq, zövq almaq iqtidarında deyildilər.Hamısı fikirli,düşüncəli idi.Bəlkə də bu günlərin yorğunluğu, gərginliyi onları üzüb əldən salmışdı.Bəlkə isti ev-eşiyindən, doğma yurd-yuvasından didərgin düşən insanların acı taleyi onları belə ağrıdır,incidirdi.
Turşsu kəndinin yaxınlığından keçən yol Laçına istiqamətlənirdi.
Laçının boşaldılması aydın hiss olunurdu.İnsanlar ev heyvanlarını,qoyun sürülərini qabağına qatıb aparır,dərin kədər və qüssə içərisində ətrafa belə baxmırdılar. Bəlkə də onlar heç, hara getdiklərini bilmirdilər.Taleyin ümidinə buraxılmış bu zavallı, yazıq insanlara baxdıqca adamın ürəyi yerindən oynayır, ruhu əzilir, dəhşətə gəlirdi.
Turşsu kəndi tamam boş idi.Evlər uçub dağılmış,ətrafı qara tüstü bürümüşdü. Hətta rabitə vasitələrinin quraşdırıldığı QAZ-66 maşın hələ də yanırdı, tüstüləyirdi.Kənddə bir nəfər də olsun adam yox idi.Sanki buralarda heç insan yaşamamışdı. Mirfazilgil bir həftə əvvəl burda olmasaydılar ömründə inanmazdılar.Ömründə inanmazdılar ki,düz bir həftə bundan əvvəl ölkənin bütün güc strukturlarının rəhbərləri burda Şuşanın işğaldan azad olunması üçün müzakirələr aparıblar. Necə olur ki, Şuşanı qaytarmaq əvəzinə bir həftə sonra Laçın da gedir?... Düçündürücü suallar çoxdur və Mirfazil bunları düşündükcə heç bir nəticəyə gələ bilmirdi.Bir qədər kəndi gəzəndən sonra Vüqar Mirfazilə yanaşıb dedi:
-Adam baxanda ürəyi ağrıyır.Bu qədər vəhşilik olar?...Amma fikir verirəm, bir nəfər də olsun,nə yaralı var,nə də ölü.
Mirfazil dostunin fikirləri ilə razılaşdı:
-Tamamilə doğrudur,-dedi.-Əgər qaçha-qaç olsaydı,döyüş getsəydi burda mütləq ya ölü,ya da yaralı qalmalı idi.Amma heç biri yoxdur.Nə onlardan, nə də bizdən.Laçının belə tezliklə işğal olunması bir çox suallar doğurur.
Heç polkovnik Qənizadənin reyd briqadasının üzvləri də bu barədə bir söz deməyiblər.Ola bilməz ki,buralarda baş verənlərdən onların xəbəri olmasın.
-Daha burda ləngiməyin heç bir xeyri yox idi.-Deyə Vüqar bir də ətrafa göz gəzdirib əlavə etdi.-Burda maşın olmayacaq,çıxmaq lazımdır.
-Mirfazil dedi:
-“Qayğı” qəsəbəsinə getməliyik.Mən bilən ora əsas yola yaxındır.
-Bəli,getdik.
Onlar uşaqların yanına gələndə Valid Vəliyev dedi:
-Burda çox qalmaq olmaz.Mənə elə gəlir ki,”Qayğı” qəsəbəsinə getsək,daha yaxşıdır.
Xeyli getmişdilər ki,əks istiqamətə hərəkət edən hündür bortlu bir ZİL markalı maşın Mirfazilgilin yaxınlığında yolun kənarında saxladı.Sürücü maşının pəncərəsindən başını çıxarıb dedi:
-Qardaş,siz bilərsiniz,əsgərsiniz,Köhnəkəndə getmək olar?Deyirlər bizim milli ordunun əsgərləri ordadır.Pal-paltarlarımızı gətirmək istəyirəm.Bir neçə nəfər gəlib aparıb.-Sonra o, nə fikirləşdisə maşından düşüb Mirfazilgilin yanına gəldi.Vüqar dedi:
-Gecikmisiniz,indi ora getmək qorxuludur.Məsləhət görmürəm.
Oğlan əli yerdən-göydən üzülmüş kimi Mirfazilə baxdı.
Mirfazil:
-Biz elə indi ordan gəlirik.-Dedi.-Nə qədər ki,orda idik, 5-6 nəfər gəlib ev əşyalarını apardı.Amma indi kənddə heç kim yoxdur.Nə erməni var,nə də bizimkilər.İndi özünüz bilin.
Vüqar ona yaxınlaşıb qolundan tutdu:
-A kişi,dünya malına görə özünüzü təhlükəyə atmayın,-dedi.
-Bizim rota (bölük) orda olanda yaxşı idi,heç bir problem yox idi. Əsgərlərimiz də gələnlərə kömək edirdi.Amma indi hər tərəfli təhlükəlidir. Zəhmət çəkib gəlmisiniz,boş qayıtmayın,pulunu verək bizi Bakıya aparın.
-ZİL maşının sürücüsü Mirfazilgilə inansa da ondan-bundan nəsə soruşub eyni cavabı alandan sonra yenidən onların yanına qayıtdı.
-Məni bağışlayın,-dedi.-Nəyim var bu illərdə,nə yığmışam,hamısı orda qaldı. Kimdən soruşuram siz deyəni deyir.Məni qınamayın.Malı bir yerə gedənin gümanı min yerə gedər.
Mirfazil dedi:
-Sizi yaxşı başa düşürük.Biz orda olanda bu ağrı-acıları yaşamışıq. Boşaldılmış kəndin dağlarına, meşələrinə, adam olmayan-əşyalarla dolu olan evlərə, sahibsiz mal-qaraya, toyuq-cücələrə baxdıqca ürəyimiz ağrıyıb.Ağır dərddir...
Sürücü dərindən nəfəs alıb dedi:
-İndi sizin qulluğunuzda hazıram, qardaş, hara istəyirsiniz gedək. Nə verərsiniz, verərsiniz.
Vüqar gülümsündü:
-Narahat olmayın,-dedi.-Sizi razı salacağıq.
-İnşallah...
Beləliklə, bu maşınla Bakıya qədər gedəsi oldular.Hamı maşına mindi,yola davam etdilər.Xeyli yol gəlib “Qayğı” qəsəbəsinə çatdılar.Bura adamlarla dolu idi, Laçın -Bakı yolunun lap üstündə idi. Əhali yük maşınlarının üstündə kəndlərdən Bakıya doğru hərəkət edirdi.Kimin nə imkanı vardı götürüb evindən qaçırdı. Bir kəlmə soruşanda hönkür-hönkür ağlayırdılar.Telejurnalist Çingiz Mustafayev də burda idi.O,ağlaya-ağlaya maşınların qabağın kəsir,”Ay camaat, hara gedirsiz,evinizə qayıdın,belə olmaz!” deyə qışqırır,haray-həşir salırdı. Amma onu eşidən yox idi.Hər kəs öz canının, uşaqların hayında idi.Çingiz isə qışqırır,gah o maşının,gah da bu maşının qabağına qaçır “özünü öldürürdü.”

Ardı var...