İqlim Dəyişir, Amma Cəmiyyət Dəyişmir – Biz Nədən Xəbərsizik

Qlobal iqlim dəyişiklikləri artıq uzaq gələcəyin problemi deyil. Bu proses Azərbaycanda da öz təsirini göstərməkdədir. Yay fəslində havaların normadan artıq isti keçməsi, bölgələrdə quraqlığın artması, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi və su ehtiyatlarının tükənməsi bu dəyişikliklərin yalnız başlanğıcıdır. Təəssüf ki, bu qədər açıq əlamətlərə baxmayaraq, cəmiyyətin bu məsələ ilə bağlı reaksiyası hələ də passivdir.

dogruxeber.tv” tərəfindən mövzu ilə bağlı araşdırmalar zamanı məlum olub ki, əhalinin əksəriyyəti iqlim dəyişikliyini elmi və statistik məsələ kimi qəbul edir, lakin gündəlik həyatla əlaqələndirmir. Halbuki bu dəyişikliklər insanların sağlamlığından tutmuş, ərzaq təhlükəsizliyinə, su təchizatına və enerji sərfiyyatına qədər bütün sahələrə təsir edir. Və bu təsir artıq hiss edilməyə başlayıb.

Kür və Araz çaylarında suyun səviyyəsinin azalması, Aran bölgəsində torpaqların çatlaması, meşə örtüyünün daralması və kənd təsərrüfatı üçün əlverişli mövsümlərin dəyişməsi konkret təhlükədir. Amma fərdi və ictimai səviyyədə bu təhlükənin qarşısını almağa yönəlmiş addımlar demək olar ki, atılmır. Əhali nə suya qənaət edir, nə də tullantıların azaldılması ilə bağlı ciddi addımlar atır. Çünki məsələ kifayət qədər izah olunmur, gündəmdə saxlanılmır və həyatın bir hissəsi kimi göstərilmir.

dogruxeber.tv” olaraq qeyd edirik ki, iqlim dəyişikliyi ilə mübarizə təkcə beynəlxalq təşkilatların və ya dövlət strukturlarının öhdəsinə buraxılmalı deyil. Hər bir vətəndaşın atdığı kiçik addımlar — plastikdən az istifadə, enerjiyə qənaət, təkrar emal vərdişi, su israfının qarşısını alma böyük dəyişikliklərin əsasını qoya bilər. Ancaq bunun üçün ilk növbədə məsuliyyət və məlumatlılıq formalaşmalıdır.

Əgər cəmiyyət bu prosesə hələ də “bizlik deyil” gözü ilə baxacaqsa, iqlim dəyişəcək, amma insan uyğunlaşa bilməyəcək. Nəticədə, yalnız təbiət yox, həyat tərzimiz, sağlamlığımız və gələcəyimiz də risk altına düşəcək.

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər