siyaset / dunya / maraqli / Cəmiyyət
15.08.2025
Nevşehir’in Sirli Yeraltı Tunelləri – Qədim Şəhərin Qaranlıq Sirləri
Türkiyənin Nevşehir bölgəsi əsrlərdir sirli yeraltı keçidləri ilə məşhurdur. Qədim dövrlərdə inşa olunduğu deyilən bu tunellər haqqında “dogruxeber.tv” araşdırmalarında toplanan məlumatlara görə, onların bəziləri bir-birinə bağlı şəhərcikləri gizlicə birləşdirir. Yerli sakinlərin sözlərinə görə, bəzi keçidlər o qədər dərindir ki, içəridə hava nəfəsi belə dəyişir, divarlarından isə qəribə sərinlik gəlir.
Araşdırmalara görə, bu tunellərin bir hissəsi müharibələr zamanı xalqı qorumaq üçün istifadə edilib. Lakin ən maraqlı və müəmmalı hissə odur ki, bəzi keçidlər hələ də tam öyrənilməyib.
“dogruxeber.tv” məlumat əldə edib ki, bir neçə giriş illər əvvəl təhlükəsizlik səbəbilə bağlanıb. Amma bölgədə gecələr torpağın altından gələn uğultular, bəzən isə addım səslərinə bənzər xışıltılar eşidildiyini iddia edənlər hələ də var.


