gundem / yazarlar / Mədəniyyət
20.08.2025, 09:28
Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XIX hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)
ON DOQQUZUNCU HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18
“Hikmət xıəzinəsi”ni oxuduqca Xalidə Hicran təfəkkürünün və onun həyat həqiqətlərini əks etdirən zəngin təcrübəsinin və dərin fəlsəfi baxışlarının aydın ifadəsini görürük. Mən oxumuşam ki, dünyanın bir çox məşhur alimləri dərinlərə getdikcə heyrətlənərək Allaha tapınır və ona səcdə edirlər. Hətta bəzləri islam dinini qabul edərək bundan böyük şərəf və qürur duyduqlarını bldirmişlər. Mən Allaha münasibətdə Xalidə xanımı da məhz bu qabil insanlardan hesab edirəm. Amma bunların bir böyük fərqi vardir ki, Xalidə Hicran lap uşaqlıqdan Allahı sevmiş və ona tapınmışdır. O, öz xatirə - gündəliyində yazır: “ Atam Allahı sevərdi, amma fanat deyildi. Namazını isə heç keçirməzdi. Hər səhər sübh namazının əzanı ilə gözlərimi açar, qulaqlarımı sevindirərdim. Nəhz Allaha olan hədsiz sevginin və inamın nəticəsidir ki, Xalidə xanım “ İmtahan etməyəsən “ şeirində yazır :
Başımı aşağı etmə,verdyin hər nə olsa, çün verən sənsən,
Verdyini elə ver ki, onunla məni imtahan etməyəsən.
Ey Tanrım, versən bir gün nə isə ki,onunla sınağa çəkəsən,
İstəmirəm, o uzaqlaşdıra məni səndən, al canımı həmən.
***
Sənin həm rəhmin, işlərin böyük, səbrin də lap böyük,
Bizi dünya malı ilə imtahan edirsən, bilmirik, görmürük.
Ey Tanrım, verdiyin xəzinə belə, edirsə məni səndən uzaq,
Bu canımı al, olmasın səndən uzaq, olsun xəzinədən uzaq.

Bu, insan ağlının, zəkasının, insan təfəkkürünün, dərkinin təntənəsidir. Həyat həqiqətlərini, dünyanı, kainatı, Allahın yaratdığı möcüzələri hər addımda görən, olduqca savadlı, analitik təfəkkürlü, ilahi dərkə malik bir insanın, istedadlı bir şairin səmimi ürək sözləridir. Nizami, Füzuli də belə edirdi, Nəsimi də, Mövlanə də. İndi Xalidə Hicran da blə edir və Allaha üz tutub deyir ki, ey böyük Tanrı, bizi dünya malı ilə imtahana çəkmə, bilmirik, görmürük, birdən səhv edərik, əgər o verdiyin xəzinə, var- dövlət bizi səndən uzaq edəcək, ayıracaqsa, onda onu heç bizə vermə, canımızı al. Bununla Xalidə Hicran insan mənəviyyatının, insan əxlaqının və insani dəyərlərin ən yüksək zirvəsinə ucalır. Amma acı təəssüf hissi ilə onu da deyim ki, bir çox insanlar müəyyən məqsədlər üçün, öz istək və arzularını həyata keçirmək üçün, deyək ki, namaz qılır, oruc tutur, həcc ziyarətinə gedirlər.Mən şəxsən belələrindən bir çoxunu tanıyıram. Onların arasında məşhur alimlər də var, tanınmış sənət adamları da. Və bu cur insanlar hər şeyə öz maraqları daİrəsində baxırlar. Hətta adamlarla münasibət qurmaqda, dostluq etməkdə də. Xalidə xanımın bu şeiri məhz belə düşüncəli, bu cür həyat tərzi yaşayan insanlar üçün bir örnək, bir nümunədir.
Xalidə Hicran yaradıcıləğının ən səciyyəvi cəhətlərindən birini xüsusilə vurğulamaq istəyirəm ki, şairin gözəl, dərin mənalı, fəlsəfi anlamlı, zərif, incə, duyğulu şeirlərini oxuduqca xəyalən kəndimizə, uşaqlıq illərinə qayıdır, hər cür riyadan, qərəzdən, pisliklərdən uzaq , təmiz, abırlı- həyalı, danışanda yanaqlarına qızartı çökən, sadə, mehriban, xöş təbəssümlü zəhmət adamlarını xatırlayır və xatırladıqca xoş hisslər keçirirdim.Onda mən səkkizinci sinifdə oxuyurdum və dünya ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanırdım. Füzulinin “ Şikayətnamə” sində “ Salam verdim, rüşvət deyildir deyə almadilar” şeirini tez-tez oxuyub öz-özümə gülərdim. Evdə, məktabdə, çöldə, tarlada nə vaxt yadıma düşsə gülərdim. Gülərdim və düşünərdim ki, gör o vaxt insanlar nə gündə olublar ki, Allahın salamını da rüşvətsiz almirdılar. İndi Xalidə Hicrnın “Salam” çeirini oxuduqca gülmək əvəzinə ürəyim ağrıyır. Yəni doğrudanmı altı yüz il keçəndən sonra da bu millət elə həmin millət olaraq qalıb və hələ də salamı rüşvətlə alır ? Millət deyəndə , əlbəttə, dovlət məmurlarını və o şəxsləri nəzərdə tuturam ki, onların rüşvət almaq imkanları var. Amma Xalidə xanım bu şeirində rüşvətdən yazmır.
Şeirdə oxuyuruq:

Salam – kəlam azalıb, kədər-qəmlər çoxalıb
Onların da yerini çox, dərdi- sərlər alıb.
***
Kiminə salam verdim, elə bil dünya verdim
Kiminə salam verdim, dedi ki, niyə verdin ?
***
Kiminə salam verdim, çörək kəsdim, isindim,
Kiminə salam verdim, işimi də itirdim.
***
Salamı verməyənlə olmaz sözüm- söhbətim,
Gördüyümə ilk sözüm salam olsun, övladım.
***
Salamla xoş edərsən, hər kəsin dil-damağın,
Bir özgə qüruru var, salam verib almağın.
***
Şirin et hər kəlamı, salamla say alanı,
Salam Allahın adı, salam ver, onu tanı.

Ola bilsin ki, bəzi oxucularımız “ Salam” sözünün dəqiq mənsını bilmır. Axı, “ salam” ərəb sözüdür, mənası da sülh, əmin – amanlıq, sakitlik, ruhi, mənəvi rahatlıq və.s. deməkdir. Salamlaşmaq, hal- əhval tutmaq insanın ən böyük mənəvi dəyərlərindən biridir ki, Xalidə xanım bunu çox gözəl qiymətləndirir və təsvir edir : “ Bir özgə qüruru var, salam verib – almağın”. “ Quran Kərim” də yazılır : “ Sizə salam verildiyi zaman onu daha gözəl alın, ( eynilə sahibinə ) qaytarın.” Xalidə xanım bu şeirində bir şair kimi, bir insan kimi böyük humanistlik nümayiş etdirərək insanlar arasında qarşılıqlı hörmət, sülh, əmin-amanliq , dinc, sakit və dostluq şəraitində yaşamasını arzulayır. Bu, bir şair qəlbinin insana olan böyük sevgisinin təzahürüdür.
Yer üzündə çox az adam tapılar ki, tərifi sevməsin. Tərif ərəb sözüdür və bir çox mənaları ifadə edir. Eyni zamanda tanıtmaq, təqdim etmək, demək, kimin, nəyinsə haqqında xoş fikir söyləmək və.s. Əslidə tərif, olan bir şeyi söyləmək və tanıtmqdır.Amma bizdə bu çox şişirdilir, həddindən artıq əlavələr edilir. Biz bunlara yalançı tərif deyirik. Tabii ki, hər bir insan xoş sözü sevir. Xoş söz insana rahatlıq gətirir, qəlbinə, ruhuna sərinlik, dinclik bəxş edir, xoş hisslər aşılayır. Qətran Təbrizi yazır ki, “söz ruhun ölçüsü, ağıl sözün tərəzisidir”. Məhəmməd Füzuli isə sözü canla, ruhla eyniləşdirir,onları bərabər tutur:

Söz candır, əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir can.
Sözdür ki, deyirlər özgədir can.
Hər şeyin bir həddi, hüdudu olduğu kimi, sözün də öz sərhəddi, öz hüdudu, öz ölçüsü var, o cümlədən tərifin də. Biz indi söz haqqında yox, bu barədə danışmışıq və yeri gəldikcə də danışacağıq, tərif haqqında Xalidə Hcranın fikirlərini öyrənəcəyik. “ Hər tərifə aldanma “ şeirində şair yazır:
Hər tərifə aldanma, itirərsən özünü,
Tərifə boyun əysən, dəyişərsən üzünü.
***
Edilən hər tərifdən əgər hərlənsə başın,
Tapa bilməzsən işin nə ayağın, nə başın.
***
Qanadlandırsın səni tərif gözəl əməyə,
Tərifdən başın çönüb dönməyəsən tənbələ.
***
Tərifdən sən fərəhlən, öz-özünə qürrələn,
Ona arxayın olma, ağıl- kamala güvən.
***
Çox elə qürrələnmə, deyilən hər tərifdən,
Özünü gözlə daim tərif gələn tərəfdən.

Tərifin vurğununa çevrilmək, onun aludəçisi olmaq insanda bir çox mənfi hallar və fəsadlar yaradır ki, şair çox haqlı olaraq bunun dərin narahatlığını keçirir, oxucularını bu barədə düşünməyə və ehtiyatlı olmağa çağırır. Tərif zəif adamlrda arxayınçılıq, eqoistlik, durğunluq yaradır, çevik, şüurlu fəaliyyətdən saxlayır. Eyni zamanda insanda yaltaqlıq, riyakarlıq, ikiüzlülük, ələbaxımlılıq, şəxsiyyətsizlik kimi mənfi hallar və eybəcərliklər yaradır, onları daha pis əməllərə və vərdişlərə sürükləyir. Xalidə Hicran bunun dəhşətlər törətdiyini, dövlət idarəçiliyində, cəmiyyətdə böyük fəsadlar yer aldığını, dərin uçurumlar yaratdğını gözəl bildiyindən bir vətəndaş kimi, bir şair kimi öz səsini ucaldır, fikirlərini poetik dildə ifadə edir:
Edilən hər tərifdən əgər hərlənsə başın,
Tapa bilməzsən işin nə ayağın, nə başın.
Tapa bilməzsən işin nə ayağın, nə başın.
Axırıncı misra isə daha düşündürücüdür. Şair burda elə mətləblərə eyham vurur, xəbərdarlıq edir ki, həqiqətən insan fikirləşdikcə gözləri qarşısında həqiqət doğuracaq mənzərələr canlanır. “ Özünü gözlə daim tərif gələn tərəfdən” . Bu fikrin məntiqi nəticəsi olaraq oxucu burda məqsədli, məkirli bir istəyin olduğu anlamına gəlir. Bu, həqiqəti, sevgini, istəyi, hörməti əks etdirən tərif deyil, həddi, sərhəddi, qırmızı xətti keçən məqsədli bir tərifdir. Belə təriflər cəmiyyəti çürüdür, iflic edir. İnsanlar uzun müddət onun doğurduğu fəsadlardan, eybəcərliklərdən qurtara bilmir. Sovet İmperiyası dövründə biz bu həqiqətlərin çox şahidi olmuş, onun iyrənc,acı qəhqəhələrini eşitmiş və deyərdim ki, aradan uzun illər keçməsinə baxmayaraq hələ bu gün də insanların qulaqlarında səslənməkdə və əks – səda verməkdədir. Odur ki, Xalidə Hicran xalqını, vətənini, torpağını sevən bir vətəndaş, bir şair kimi üzüntülər yaşayır və dərin narahatlıqlar keçirir.
Məlum olduğu kimi zaman-zaman bütün şairlər öz dövrünün ictimai- siyasi hadisələrini, baş vermiş olaylrı qələmə almış, təsvir etmiş, bir növ öz zəmanəsinin güzgüsünə çevrilmişdir. Lakin göründüyü kimi, Xalidə Hicranın öz yaradıcılıq yolu var və o, konkret nəyisə tənqid etmək, mənfi münasibət bildirmək, nəzmə çəkmək vərdişlərindən çox-çox uzaqdır. O, fikirlərini, müşahidələrini elə şəkildə və elə tərzdə deyir və elə poetik dildə təsvir edir ki, oxucu ilə üz-üzə qaldığı bütün zamanlarda özünün duyduğu həqiqətləri aşkarlayıb inandırmağı bacarır. Yəni dövrün, zamanın eybəcərlilərini insanlarda yaratdığı fəsadları , bu fəsadların doğurduğu əzabları böyük sənətkarlıqla açıb göstərir. Həmin dövr, zaman və ölkə haqqında oxucularda ümumi fikir formalaşır. Onların gözləri qarşısında acı həqiqətləri əks etdirən mənzərələr canlanır. “ Budur yenə günahlar “ şeirində oxuyuruq:

Budur, yenə günahlar dünyada çıxıb ərşə,
Haram, zina və rüşvət olub şərəfli peşə.
***
Gülürlər halal işə, düzlərə rişxənd ilə,
Tapıb daş – başı peşə, min bir cürə fənd ilə.
Haram, zina və rüşvət olub şərəfli peşə.
***
Gülürlər halal işə, düzlərə rişxənd ilə,
Tapıb daş – başı peşə, min bir cürə fənd ilə.
Şair Azər Abdulla “PA- DE-ŞA” kitabında yazır ki, mən qarabğsız yaşamağa öyrənəcəyimdən qorxuram. Sonra da əlavə edir ki, “ Hansı sənətçı məni inandıra bilər ki, bu unutdurma məqsədli şəkildə aparılmır” . Yazıçı daha sonra ürək ağrisi ilə qeyd edir : “Yəqin hiss etmisiniz, son vaxtlar şəhərimizdəki insanların üzündəki azacıq sevinc də çəkilməyə başlayıb. Şəhərimizə gələn bir Yapon qonaq təəccüblə soruşub ki. nə olub bu adamlara, birinin üzündə sevlnc işartısı yoxdur”.
Bu fikirlər şair dostumun dərin narahatçılığının, onun əzab və iztirablarının ifadəsidir. Amma Xalidə Hicran öz fikir və düşüncələrini, narahatçılığını başqa şəkildə, tamamilə fərqli bir formda deyir. O, haramın, zinanın və rüşvətin peşə olduğu bir yerdə, günahların ərşə qalxdığı bir məkanda əyrilərin, oğruların tüğyan etdiyi bir ölkədə nədənsə danışmağın belə əhəmiyyətsiz olduğunu vurğulayır. Xalidə Hicran ünvan göstərmir. Onun üçün hadisələrin harda baş verdiyinin fərqi yoxdur, harda insan olduğunun fərqi var. O insanlar ki, əyriliyin, haqsızlığın, oğurluğun, rüşvətin, daha nələrin, nələrin qurbanına çevrilirlər, bir tikə çörək üçün haldan- hala düşür, alçalır, təhqir olunurlar. Hər addımbaşı haqqı, hüququ pozulan və teleyin ümidinə buraxılan bu zavallı insanlar öz bioloji varliqlarını qoruyub saxlamaq üçün sözün əsil mənsında dəridən- qabıqdan çıxırlar. Gör vəziyyət necədirsə şair yazır:

Götür yerdən bir daşı, vur birinin başına,
Al əlindən ruzusun, qat özünün aşına.
Al əlindən ruzusun, qat özünün aşına.
Şair axırda yana- yana yazır:
Bir onu bilirəm ki, bu dəfə olmayacaq,
Nuh da gəlsə, daha bu dünya durulmayacaq.
Nuh da gəlsə, daha bu dünya durulmayacaq.
“Dəyişir insan” şeirində isə Xalidə Hicran deyir:
Dəyişir zaman, mövqe, insan da yerli dibli,
Gah mülayim insanı bu həyat edir kinli,
***
Gah əzrail dinsizi edir imanlı, dinli,
Cinslər də dəyişilir, həm arvadli- kişili.
***
Can boğaza yığılır, həyat olur kədərli,
Dözür buna o kəs ki, o, dözümlü- səbrli.

Bu ədəbi nümunələrdə hər şeydən çox şairin ürək yanğısının, dərin narahatlığnın, misralardan qopan harayının, insanların öz dərd- səri, problemləri ilə üz-üzə qalmağının ağrısını çəkməsinin təzahürüdür. Xalidə Hicran seyrçilikdən, biganəlikdən uzaq bir şair olaraq ağrı-acıların insanlarda yaratdığı fəsadları bədii nümunələrlə təsvir etməkdən ibarət deyl, o insanlarla bərabər Xalidə xanım da ağrıyır. Sadəcə ağriyir demək insafsızlıq olardı, yanıb qovrulur. Ağrıya-ağrıya, qovrula- qovrula yazır Xalidə Hicran. Biz onun yanıqlı səsini, ürək döyüntülərini misralarından süzülüb gələn səsindən eşidirik. Eşidirik və bizim də şahidi olduğumuz bu ağrıları qələmə alan Xalidə Hicranın poetik nümunələri nəinki müasir oxuculrımızın, heç şübhəsiz ki, gələcək nəsillərimizin də yddaşına əbədi həkk olunacaq. Çünki bunlar həyat həqiqətlərini əks etdirən, günümüzün, dövrümüzün, zəmanəmizin reallıqlarını açıb göstərən əsil sənət nümunələridir.