DİQQƏT! Sənədləşmə prosesində bu evlərə SƏNƏD VERİLMƏYƏCƏK

“Sənədləşmələrlə bağlı Cənab Prezidentin də fərmanında dəyişiklik oldu. Bir çox hallar var ki, torpaq sahələri 2001-ci ilə qədər rayon icra hakimiyyətləri, ondan əvvəlki dövrdə bağlar idarəsi, texniki pasportda göstərilən sahələr varsa, bir çox bu tip hallar həmin torpaq üzərində müşayiət olunursa, bu tip torpaqlar və onların üzərindəki əmlaklar çıxarışla təmin oluna bilər”.

"dogruxeber.tv" xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans-a açıqlamasında deyib.

“Biz nəzər salsaq, Azərbaycanın bölgələrində, rayonlarda bələdiyyələrin torpaqları hərracla satmaq səlahiyyətləri olsa da, Bakı və Abşeron bölgəsində – Xırdalan şəhəri xaric bələdiyyələrin hərracla torpaq satmaq səlahiyyəti yoxdur. Bələdiyyələr 2007-ci ilə qədər torpaq icarəyə vermək səlahiyyəti var idi, daha sonra bütün bu səlahiyyətlər donduruldu. Vətəndaşların icarə müqaviləsi ilə bələdiyyələrdən aldıqları torpaqlar əgər bölgələrdə yerləşirdilərsə, həmin torpaqları vətəndaşlar bələdiyyələrə müraciət edərək hərrac vasitəsilə ala bilərdilər”.

Ekspert qeyd edib ki, Bakı və Abşeronda bələdiyyə torpaqlarının xəritəsi olmadığına və onlara hərac keçirmək səlahiyyəti verilmədiyinə görə, hələ ki bu torpaqların çıxarışla təmin olunması prosesi dayandırılıb.

“Bələdiyyə sənədləri ilə olan yüz minlərlə torpaq sahəsi var ki, onlar çıxarışla təmin oluna bilmir. Səbəb bələdiyyə torpaqlarının sənədlərinin olmamasıdır. Sənəd bələdiyyə tərəfindən verilsə də, amma həmin torpağın bələdiyyənin səlahiyyətində olub-olmaması mübahisəlidi deyə hələ ki o torpaqların çıxarışla təmin olunması dayandırılıb. Yəni vətəndaşın sənədləri qaydasındadırsa, həmin vətəndaşlar çıxarış ala bilirlər. Amma 2007-ci ildən bu günə qədər sənəd ala bilməyiblərsə, demək ki, onların sənədlərində müəyyən problemlər var. Növbəti mərhələlərdə, yəqin ki, bələdiyyələrlə bağlı da qərar verilməsi gözlənilir”.

Elnur Fərzəliyev son olaraq vurğulayıb ki, bu mərhələnin başlama tarixi təxmin olunan deyil. Səbəb isə sənədsiz evlərin böyük arealı əhatə etməsidir.

Oxunub: 294

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər