Banka borcu olan şəxslərin DİQQƏTİNƏ: Bu halda məbləğ silinəcək

Azərbaycanda tez-tez müzakirə olunan mövzulardan biri də vəfat edən şəxslərin kredit borcunun taleyidir. Çox vaxt mərhumun yaxınları borcun kim tərəfindən ödəniləcəyini və bankın hansı addımlar atacağını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu məsələ kredit müqaviləsinin şərtlərindən, həmçinin borcalananın həyat sığortasının olub-olmamasından asılı olaraq fərqli formada həll olunur. Bundan əlavə, kreditin sığortalanması praktikada tətbiq edilən hallar sırasındadır.

Belə hallarda isə əsas sual ortaya çıxır: Vəfat edən şəxsin kreditini kim ödəyir?

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit götürən şəxsin borcunun taleyi əsasən onun həyat sığortasının olub-olmamasından və vərəsəlik məsələlərindən asılıdır:

“Ümumiyyətlə, kredit alan şəxs könüllü şəkildə həyat sığortası etdirə bilər. Bu, tamamilə şəxsin öz seçimidir. Lakin bəzi banklar, xüsusilə iri məbləğli kreditlər təqdim edərkən, müştərinin həyatının sığortalanmasını mütləq şərt kimi qoyurlar. Bu halda kredit alan şəxs vəfat edərsə, borcu sığorta şirkəti ödəyir və varislərə heç bir məsuliyyət düşmür”.

Hüquqşünasın sözlərinə görə, əgər kredit alan şəxsin həyatı sığortalanmayıbsa, məsuliyyət vərəsələrin üzərinə keçir:

“Vərəsələr yalnız mərhumdan onlara miras əmlakı qaldığı halda borca cavabdeh olurlar. Yəni vəfat edən şəxs ev, torpaq, avtomobil və ya digər əmlak qoyubsa, həmin əmlakı qəbul edən varislər borcu da öz üzərlərinə götürmüş hesab edilirlər. Bu məsuliyyət varislər arasında mirasdakı paylarına uyğun şəkildə bölünür. Məsələn, üç vərəsə varsa və hər biri mirasın üçdə birini qəbul edibsə, onda borcun da üçdə birini ödəməlidirlər”.

Ramil Süleymanov əlavə edib ki, əgər mərhumun heç bir mirası və ya varisi yoxdursa, bankın borcu tələb etmək imkanı qalmır:

“Əgər şəxsin vərəsəsi yoxdursa və ya miras qoymayıbsa, bu halda kredit faktiki olaraq ödənilməmiş qalır.

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər