Toya getmək yoxsa kredit bağlamaq?

Azərbaycanda toy yalnız ailə qurmaq mərasimi deyil, eyni zamanda cəmiyyət içində bir status və münasibət ölçüsüdür. Son illərdə bu anlayış daha da dərinləşib, toyda iştirak etmək bir çox ailənin və gəncin maliyyə imkanlarını aşacaq qədər bahalı vəzifəyə çevrilib. İstər yaxın qohum, istər uzaq tanış olsun, dəvət aldığın toyda zərf təqdim etməmək, bəzi hallarda sosial münasibətlərin kəsilməsinə qədər gedib çıxır. Bu isə vətəndaşları məcbur edir ki, kredit götürərək toy mərasimlərində iştirak etsinlər. Məhz bu məsələ "dogruxeber.tv" tərəfindən araşdırılıb və nəticələr düşündürücüdür.

Əldə olunan məlumatlara görə, son 3 ildə mikrokredit və lombardlara müraciət edən şəxslərin əhəmiyyətli bir hissəsi toy və yas xərcləri üçün borc alıb. Bu hallar təkcə ailələr üçün deyil, cəmiyyət üçün də sosial yük yaradır. Müasir cəmiyyətdə toy zərfi artıq simvolik deyil, real iqtisadi məsuliyyətə çevrilib.

"dogruxeber.tv" araşdırmasında bəlli olub ki, bəzi insanlar ayda 300-400 manat gəlir əldə etməsinə baxmayaraq, bir ayda 3-4 toya dəvət alır və ümumi 600 manatdan çox zərf xərcləyir. Bu rəqəmlər, xüsusilə gənc ailələr və işləyən tələbələr üçün ciddi problemdir.

Reallıq isə ondan ibarətdir ki, insanların əksəriyyəti bu xərcləri normal qarşılayır, etiraz etməkdən çəkinir, "ayıb olar" düşüncəsi ilə susur və bu susqunluq sosial təzyiqi daha da gücləndirir. Toy sahibləri də bir növ bu zərf sisteminə güvənərək planlarını qururlar. Yəni iştirakçının boynuna düşən yük, təşkilatçının gözlədiyi gəlirə çevrilir. Bu zəncir qırılmadıqca, toya getmək üçün kredit götürənlərin sayı artacaq. O zaman artıq bu məsələ sadəcə adət-ənənə deyil, milli sosial problemə çevrilmiş olur.

Son xəbərlər

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Bütün xəbərlər