Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeron rayonunda 15 sentyabr - Bilik Günü qeyd edilib.

"dogruxeber.tv" xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, birinci sinifə qədəm qoyan və ali məktəblərə daxil olan şəhid övladları, ali məktəblər üçün keçirilən imtahanlarda yüksək nəticə göstərən abşeronlu abituriyentlər, şəhid ailələri, təhsil ocaqlarının direktorları və valideynlər iştirak edib.


İştirakçılar əvvəlcə müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

15 Sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bu il birinci sinifə qədəm qoyan və ali məktəbə daxil olan şəhid övladlarını, o cümlədən yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ölkəmizdə təhsilin inkişafı daima dövlətin prioritet sahələrindən olduğunu vurğulayan RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman təhsil sahəsinə böyük diqqət və qayğı göstərmişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan A.Fərzəliyev əlavə edib ki, ölkəmizdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində çoxsaylı layihələr icra olunmaqdadır. Qeyd edilib ki, Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra iri layihələri uğurla gerçəkləşdirir.

Milli Məclisin deputatı Nigar Məmmədova təhsildə uğurlar qazanan abituriyentləri təbrik edərək bildirib ki, Azərbaycan dövləti gənclər üçün, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük imkanlar və fürsətlər yaradıb. Hər bir gəncin bu imkanlardan maksimum yararlanmalı olduğunu vurğulayan deputat qeyd edib ki, öyrəncilər hərtərəfli biliyə malik kadrlar kimi hazırlanmağa diqqət yetirməlidirlər, çünki müasir dövr hazırda bunu tələb edir.

Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxış edərək bildirib ki, ölkəmizdə təhsilin inkişaf etdirilməsi istiqamətində olduqca mühüm addımlar atılır və gənclərimizin yüksək təhsil almaları, elmə yiyələnmələri üçün bütün lazimi şərait formalaşdırılıb. Yaradılan şərait imkan verir ki, gənclərimiz müasir dövrün tələblərinə uyğun formada inkişaf etsinlər.

Sonra çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Abşeron rayonunda təhsil üzrə nəticələrin ildən-ilə yaxşılaşdığını, rayon üzrə yeni məktəblərin tikildiyini, orta ümumtəhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, bu il də yeni inşa olunan məktəblərin açılışının ediləcəyini qeyd edib.

Sonra Xırdalan şəhər 3 saylı tam orta məktəbin müəllimi, Vətən Müharibəsi şəhidi Vüqar Heydərovun həyat yoldaşı Ülkər Heydərova çıxış edərək, gəncləri vətənpərvərlik ruhunda yetışmələrinin vacibliyini qeyd edib, hər zaman vətənimizi ən yüksək səviyyətə təmsil etməyə, onu qorumağa və inkişafı üçün əlindən gələn hər şeyi etməyə çağırıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın yeni tədris ilində 1-ci sinifə gedəcək və universitetə qəbul olan əmanət övladları, həmçinin Abşeron rayonu üzrə yüksək bal toplaya abituriyentlər təbrik edilərək gələcək həyatlarında uğurlar arzulanıb, xatirə şəkilləri çəkilib.

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Abşeronda 15 sentyabr - Bilik Günü qeyd edilib - FOTOLAR

Son xəbərlər

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Bütün xəbərlər