Müdir belə müdirdi, həm söyür, həm də istədiyini edir -TƏFƏRRÜAT

dogruxeber.tv: - Belə birisi var, özü də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində fəaliyyət göstərən "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-də direktor vəzifəsindədir.

Bu vəzifəyə təyin olunandan "göynən gedir", "yetənə yetir, yetməyənə bir daş atır". Bəli, belədir, Məhəmməd Nurəddin oğlu Musayevin əmri veriləndən özünü belə aparır -- hələ kollektivlə tanış deyilmiş, onda belə bu xarakterdə olduğunu kollektiv qarşısında nümayiş etdirib.

Ondan bəri idarəçilik üsullarını xarakteri çərçivəsində formalaşdırmaq üçün çalışır.

Öncə keçidlərə oyun, kofe və sairə üçün aparatlar qoydurmağı vacib bilib. İlk iş günündə görüb ki, iş yolunu ağacdan tökülən qara tutlar "xarab edir". Buna dözməyərək, 100 illik yaşa malik bu tut ağacının böyük qanadlarını sahibindən və ekologiyaya baxan əlaqədar qurumlardan icazəsiz kəsdirdiyinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfındən yaxşıca cərimələnir. Di gəl ki, bu da onun "fısını yatırtmır". Hər şeyə yuxarıdan aşağı baxmaqla, öz qəribə iş metodu ilə hamını heyrətləndirir. Hətta anadangəlmə ayağında qüsuru olan tat əsilli xadimənin yer sildiyini görüb, təpiklə vuraraq vedrəsini aşırması hamıya pis təsir göstərib. Bu işçini təhqir edib, deyib ki, bura gələndə kimisə karidorda görməsin. Xadiməni nəsə dediyinə görə sıxışdırıb, sonra incidərək, işdən çıxarıb.

Hələ buna bax ki, iclasına katibəsi işçiləri əlifba sırası ilə buraxır, çünki özü belə tapşırıb. Adi bir direktor olduğu halda, hər iclasda özünü tərifləyir. Deyir ki, onu bura ölkə başçısı təyin edib. Kimsə ona nəsə deyə bilməz. Belə deyəndə avtomobil yollarına baxan qurumların rəhbər və digər vəzifəli şəxslərini nəzərdə tutur.

Hər gün ərazidə olmalı xadimələri idarədə işlədir, biri buna yemək bişirir, biri otağını, digəri isə idarəni təmizləyir. Xadimlər öz maaşları ilə keçidləri təmizləmək üçün xlor məhlulu, əlcək və digər təmizlik vasitələri alırlar. Çünki idarə rəisi keçidlər üçün heç bir təmizlik vasitəsi vermir, tələb edəndə də, sağ əli hesab olunan köməkçisi, təchizat şöbəsinin rəisi Nazir Nemətovla bərabər, bina komendantı işləmiş eskalatorlar rəisi Asifi göndərib, öz adından işçiləri danlatdırır. Söz deyənin çoxdan işlədiyi ərazisini dəyişir. İnanın ki, Arzu adlı xadimə Nazir Nemətovdan keçidi təmizləmək üçün vəsitələr istədiyinə görə, ağır sözlərlə təhqir olunub, o da buna dözməyərək, özünü dənizə atıb intihar edəcəyini deyib.

Göründüyü kimi, öz etdikləri azmış kimi, direktor yaxını olan köməkçisinə də böyük səlahiyyətlər verib. O da, istədiyini etməkdən çəkinmir.

Onu da deyək ki, 1 nəfər gecə nəzarətçisi 3 keçidə birdən baxır. Məsələn, "Gənclik" metrostansiyasında bu aydın görünür. Təbii ki, bu, vətəndaşlar üçün ciddi təhlükələr yaradır, çünki işlək halda olan eskalatorlar var və 1 nəfər işçi eyni vaxtda 3 keçiddə olan eskalatorlara nəzarət edə bilməz. Hər hansı bir hadisə baş verərsə, qarşısını ala bilməz. Eləcə də, şəhərlərə 1 nəfər operator 2 və 3 keçidə nəzarət edir -- bu da mümkün olmayan haldır.

1 nəfər xadimə gün ərzində bir-neçə keçidi təmizləyir. Keçidlərdə işıqlanma sıfır vəziyyətdədir, minlərlə işıq lampası yanmır. İllərdir işləməyən eskalatorlar var. Məsələn Sabunçu, Gənclik Sahil, Azneft və onlarla digər keçidlər bu haldadır.

Xüsusi olaraq onu qeyd etmək istəyirik ki, Formula Yarışlarının keçiriləcəyi günlərdə mərkəzi keçidlərdə eskalatorlar işləməyəcək. Çünki sınıq-salxaq vəziyyətdədirlər. Keçidlərin böyük hissəsində kameralar da işləmir.

Özünü idarə direktoru bir padşaha çevirib. Direktorun idarəyə gəlməsini biri onu maşınının yanında, biri qapıda, qalanları da mütləq şəkildə idarənin həyətində qarşılaması və mütləq şəkildə qarşısında əyilərək, görüşməsi bunun sübutudur. Dəhşət ondadır ki, direktor idarədə olarkən kimsə koridora çıxa, danışa da bilməz.
Keçək daha bir əsas məsələyə: Yardım adı ilə işçilərə vaxtı keçmiş konfet, xarab duru yağ, toz halına düşmüş çay, qurdlu makaron və bulqur paylatdırır. Narazılıq bildirən işçilərin isə əraziləri dəyişdirilir. Çünki buna görə direktoru tərifləməli, ona "sağ ol!" deyilməli idi. Verilən ərzaqlar xarab olsa belə.
Onsuz da, direktor Məhəmməd Musayevi günortadan sonra idarədə tapmaq olmur. Olanda da, dostu Seymurla nərd oynayır.

İdarədə olan işçilərinin çoxunu öz müavini ilə bərabər, onun Karl Marks deyilən yerdəki anbarına göndərir. Müavinin otağını isə, özü üçün istirahət guşəsinə çevirib. Vay halına ki, qabağından dillənəsən. Gəldiyi gündən bəri yüzlərlə işçini müəyyən səbəblərlə işdən çıxarıb. Etiraz edən də, bu aqibəti yaşayar.

Onu da qeyd edək ki, hər ay işçilərin bir çoxu fərqli maaş alırlar. Hətta işçilərdən biri məzuniyyətdə olarkən, pulu az hesablandığı üçün, buna görə məhkəməyə müraciət edib. Məhkəməni udub da. Nə olsun, bu da direktorun vecinə olmayıb.

Dəhşət həm də ondadır ki, iş otağında kadrlar şöbəsinin rəisinin qardaşını təhqir etdiyi üçün, direktor işçi tərəfindən döyülüb, ağır şəkildə təhqir olunub. Sabunçu ərazisində gecə nəzarətçisini təhqir etdiyi üçün, işçi xidməti otağın açarını Məhəmməd Musayevin sifətinə çırpıb.

Məhəmməd Musayev Binə ərazisində özü üçün ev və obyektlər tikdirir. İdarənin işçilərini fəhlə kimi orada işlədir. Xidməti maşınlardan qanunsuz istifadə etməkdən də çəkinmir.

Hər payız aylarında yağışlar başlayanda keçidlərin tavanlarından su axır. Nəticədə, keçidlərdən keçmək olmur. Direktor isə buna görə də narahat olana oxşamır. Əgər belə olsaydı,

çox zaman keçidləri su basmaz, eskalatorların qarşısında drenajlar qoyulardı. Bu yoxdur deyə, yağan yağış suyu da eskalatorun və keçidin içinə dolmazdı. Eləcə də, yerüstü keçidlərdə eyni hal təkrarlanmazdı.

Hələ bunlar nədir ki, növbəti yazılarımızda şok yaradan daha çox faktlar ortaya qoyulacaq. Bizi izləyin.(GundemXeber.Az)

Son xəbərlər

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Bütün xəbərlər