Liderlik doğuşdan gəlir, yoxsa yetişdirilir: Tarixi şəxsiyyətlər timsalında sübut olunmuş həqiqət

Liderlik anlayışı tarix boyu yalnız idarəetmə ilə deyil, həm də xalqı arxasınca aparmaq, vizion qurmaq və milli ideyanı yaşatmaq bacarığı ilə ölçülüb. Sosiologiya və psixologiya elmlərində liderlik həm təbii istedad, həm də zamanla formalaşan kompleks bacarıqlar toplusu kimi dəyərləndirilir. Amma bəzi şəxslərin timsalında bu iki xüsusiyyət bir-birini tamamladıqda, tarixdə dönüş yaradan lider obrazı meydana çıxır. “DogruXeber.tv” olaraq Azərbaycan xalqının tarixi və taleyində müstəsna yer tutan liderlərin fəaliyyətinə nəzər salmaqla, liderliyin mahiyyəti haqqında dərin anlayış yaratmaq mümkündür.

Ulu Öndər Heydər Əliyev liderlik fenomeninin təzahür etdiyi ən bariz simalardan biridir. Onun şəxsi iradəsi, analitik təfəkkürü, strateji düşüncə qabiliyyəti və milli ruhu birləşdirən idarəetmə modeli yalnız idarəçilik texnikası deyildi, həm də milli varlığın qorunması üçün vacib psixoloji dayaq idi. Heydər Əliyev təkcə dövlət başçısı deyildi, o, həm də xalqı üçün məktəb idi. “DogruXeber.tv” qeyd edir ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıtdığı zaman ölkə vətəndaş müharibəsi astanasında idi və məhz onun lider iradəsi sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyev şəxsiyyətinin formalaşmasında həm doğuşdan gələn güclü xarakter, həm də uzun illər ərzində keçdiyi intellektual və siyasi təkamül prosesi böyük rol oynayıb. Onun fəaliyyəti sübut edir ki, böyük liderlər bəzən doğulur, lakin əsil liderliyə yüksəlmək üçün özünü yetişdirmək və təkmilləşdirmək də vacibdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi məktəbinin davamçısı olaraq yeni dövrün liderlik modelini formalaşdırıb. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, iqtisadi göstəriciləri yüksəlib, ordu müasir tələblərə cavab verən güclü bir struktura çevrilib. Xüsusilə də 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsində qazanılan tarixi Qələbə, yalnız hərbi üstünlük deyil, eyni zamanda yüksək siyasi uzaqgörənlik və xalqı bir amal ətrafında birləşdirmə bacarığının nəticəsi idi.

İlham Əliyev bu müharibədə təkcə dövlətin başçısı kimi yox, həm də xalqla nəfəs alan, informasiya müharibəsində diplomatik cəbhədə mübarizə aparan və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyimizi müdafiə edən ali lider kimi çıxış etdi. O, dünya arenasında Azərbaycanın səsini eşitdirdi, ölkə daxilində isə inamı və milli birliyi möhkəmləndirdi. Bu baxımdan liderlik onun timsalında həm siyasi irs, həm də fərdi qabiliyyətin harmoniyası kimi təcəssüm etdi.

Liderlik yalnız hakimiyyətdə olmaq deyil, eyni zamanda xalqın qəlbində qalmaqdır. Həm Heydər Əliyev, həm də İlham Əliyev bu baxımdan yalnız idarəçilər deyil, həm də zamanın ruhunu daşıyan tarixi fiqurlardır. Onlar Azərbaycanın keçmişini qoruyaraq gələcəyini qurmağı bacaran dövlət rəhbərləri kimi liderliyin ən yüksək nümunəsini göstəriblər.

Son xəbərlər

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bütün xəbərlər