İran valyutasından dörd sıfır silinir

İran parlamenti uzun illərdir müzakirə olunan rialın denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

"DogruXeber.tv" xəbər verir ki, yeni qərara əsasən, milli valyutadan dörd sıfır silinəcək və maliyyə əməliyyatlarının sadələşdirilməsi, eləcə də banknotların dövriyyə səmərəliliyinin artırılması nəzərdə tutulur.

Qanun layihəsi 262 deputatdan 144-nün lehinə, 108-nin əleyhinə səsi və 3 bitərəf səslə qəbul olunub. Yeni sistemə əsasən, 1 rial 10 000 hazırkı rial dəyərində olacaq. Yeni pul vahidi bir rialın yüzdə birinə bərabər tutulacaq. Köhnə və yeni əskinaslar üçillik keçid dövrü ərzində paralel şəkildə dövriyyədə qalacaq.Qanun layihəsi ilk dəfə 2019-cu ildə hökumət tərəfindən irəli sürülüb, uzun müzakirələrdən sonra parlamentin dəstəyini qazanıb. Parlamentin iqtisadi komitəsinin sədri Şəmsəddin Hüseyni bildirib ki, məqsəd “əskinasları daha funksional etmək və maliyyə əməliyyatlarını asanlaşdırmaqdır”. Onun sözlərinə görə, çoxsaylı sıfırlar həm mühasibat uçotunu, həm də gündəlik əməliyyatları çətinləşdirirdi.

Bununla belə, Hüseyni vurğulayıb ki, denominasiyanın inflyasiyanı azaldacağı və ya iqtisadi problemləri həll edəcəyi gözlənilmir.

Ekspertlər isə hesab edirlər ki, rialın denominasiyası əsasən kosmetik xarakter daşıyır və İran iqtisadiyyatının struktur problemlərini aradan qaldırmaq üçün dərin islahatlara ehtiyac qalır.

Oxunub: 152

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər