Milli Məclisdə “ölü” qalan qanun layihələri

dogruxeber.tv: - Milli Məclisin son illərdəki gündəliyində müxtəlif sahələri əhatə edən bir sıra mühüm qanun layihələri olsa da, onlardan bəziləri hələ də plenar iclasların müzakirəsinə çıxarılmayıb.

Modern.az Milli Məclisin gündəliyində olan, lakin hələ də müzakirəyə çıxarılmayan qanun layihələrini təqdim edir.

Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi iki il əvvəl hazırlanmasına baxmayaraq, artıq beş sessiyadır qəbul edilməyib. 2023-cü ildə məsələ parlamentin Mədəniyyət komitəsinin yaz sessiyasının iş planına daxil edilsə də, plenar müzakirəyə çıxarılmayıb.

24 yanvar 2023-cü ildə komitənin o vaxtkı sədri Qənirə Paşayeva bildirmişdi ki, bu qanun layihəsi barədə Mədəniyyət Nazirliyi ilə müzakirələr aparılıb və sənəd hazırlanıb. Buna baxmayaraq, layihə bugünədək qəbul edilməyib.

Ali təhsil haqqında” qanun layihəsi isə son illərin ən çox gözlənilən və gecikən sənədlərindən hesab olunur. Sənəd ilk dəfə 2021-ci il 29 iyunda Milli Məclisin Elm və təhsil komitəsinin, həmçinin layihə üzrə yaradılmış işçi qrupun birgə iclasında müzakirəyə çıxarılıb.

Layihə artıq 7 sessiyadır qanunvericilik işləri planına salınsa da, plenar iclasa çıxarılmayıb. Layihə Milli Məclisin 2024-cü il yaz sessiyasının işlər planında da yer alıb, amma yenə müzakirəyə təqdim edilməyib. Deputatlar dəfələrlə çıxışlarında qeyd ediblər ki, layihənin qəbulunun gecikməsi parlamentdən yox, digər instansiyalardan qaynaqlanır.

Hazırlanan sənəddə ali təhsilin təminatı sahəsində dövlət siyasətinin əsas prinsipləri, təşkilati-hüquqi və iqtisadi əsasları, tələbə və müəllimlərin hüquq və vəzifələri əksini tapacaq. Həmçinin universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplom proqramları, doktorantura səviyyəsinin birmərhələli olması, tələbə köçürmələri və beynəlxalq əməkdaşlıqla bağlı yeni qaydalar nəzərdə tutulur.


Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin hazırlanması da gündəmdədir. 2025-ci ilin yanvar ayında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üzrə İş Planında qanun layihəsinin hazırlanacağı əks olunub.

Qeyd edək ki, adıçəkilən layihə bundan əvvəl də - 2024-cü ilin payız sessiyasının iş planında yer almışdı. Lakin il ərzində plenar müzakirəyə çıxarılmamışdı.


Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ötən ilin dekabr ayında

Beynəlxalq müqavilələr haqqında” qanun layihəsini hazırlayıb. Layihə parlamentin 2024-cü ilin payız sessiyasının işlər planına daxil edilsə də, müzakirə olunmayıb.

Bu qanun layihəsi 2025-ci ilin yaz sessiyasının gündəliyinə “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” adı ilə daxil edilib. Lakin yaz və növbədənkənar sessiyada da plenar iclasa çıxarılmayıb.

Bundan başqa, 2023-cü ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Uşaq hüquqları haqqında” qanunda dəyişikliklərə dair təkliflər hazırlanaraq Milli Məclisə təqdim olunub.

Onu da qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda mediaya açıqlamasında ilin sonunadək Milli Məclisə “İdman haqqında” yeni qanun layihəsi təqdim ediləcəklərini bildirmişdi.

Qeyd edək ki, hazırda sözügedən sahəni “Bədən tərbiyəsi və idman haqqında” qanun tənzimləyir. Qanun 30 iyun 2009-cu ildə qəbul edilib, sonuncu dəyişiklik isə 7 iyul 2023-cü ildə həyata keçirilib.

Son xəbərlər

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Bütün xəbərlər