İcra başçısının sevimli şirkəti: Hər il “Təmir-İnşaat”a yol təmir etdirir

Yevlax Şəhər İcra Hakimiyyəti Yevlax şəhərində yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

"DogruXeber.tv" “Qaynarinfo”ya istinadən xəbər verir ki, tenderin qalibi “Təmir-İnşaat” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 648 736,45 manatdır.

“Təmir-İnşaat” MMC Yevlax Şəhər İcra Hakimiyyətinin bundan əvvəl də keçirdiyi iki tenderin qalibi olub. Həmin tenderlər Yevlax şəhəri 20 Yanvar, Sidqi Ruhulla, Xudu Məmmədov (Nizami prospektindən Arif Sadıqov küçəsinə kimi), 28 may (Xudu Məmmədov küçəsindən-Nizami prospektinə kimi) küçələrində və Yevlax şəhərində Nizami Gəncəvi prospektində (Heydər Əliyev prospektindən Füzuli küçəsinə kimi) və Sahib Əliyev küçəsində (Heydər Əliyev prospektindən Füzuli küçəsinə kimi) yolların əsaslı təmiri ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 269 428,98 manat və 108 757,93 manat təşkil edir.

Beləliklə, aydın olur ki, “Təmir-İnşaat” MMC cari ildə yolların əsaslı təmiri ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətindən ümumilikdə 1 026 923,36 manatlıq sifariş alıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Təmir-İnşaat” MMC 15 dekbar 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Yevlax şəhəri, İ. Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Elnur İsa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Dövlət satınalmalarının vahid intertnet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Yevlax Şəhər İcra Hakimiyyətinin 2020-ci ildən bu yana yol təmiri ilə bağlı keçirdiyi tenderlərin qalibi məhz “Təmir-İnşaat” MMC olub. Bununla da icra hakimiyyətindən 2 285 405,70 manatlıq sifariş alıb.

Yevlax Şəhər İcra Hakimiyyətinin yol təmirini məhz “Təmir-İnşaat” MMC-yə sifariş etdiyi şirkətlə qurumun rəhbərliyi arasında hansısa işbirliyinin olmasına şübhələri artırır. Azərbaycanda yol təmiri üzrə ixtisaslaşmış şirkətlər kifayət qədərdir. Buna baxmayaraq, Yevlax Şəhər İcra Hakimiyyətinin seçimi məhz “Təmir-İnşaat” MMC olur.

Bir məqamı da qeyd etmək yerinə düşər. “Təmir-İnşaat” MMC Anar Tağıyevin Yevlaxa icra başçısı təyin olunmasından sonra satınalma müsabiqələrində iştirak etməyə başlayıb və yalnız Yevlax Şəhər İcra Hakimiyyətinin tenderlərində qalib elan edilib.

Anar Tağıyev 2019-cu ildə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. “Təmir-İnşaat” MMC isə 2020-ci ildən qurumun keçirdiyi tenderlərin qalibi olmağa başlayıb.

Yevlaxda hər il yolların əsaslı şəkildə təmir olunmasının hansı zərurətdən irəli gəldiyi isə məlum deyil. Bunu heç Yevlax Şəhər İcra Hakimiyyəti ilə də aydınlaşdırmaq mümkün olmayıb. Quruma zəng olunsa da, telefonları susub

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər