Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.

"DogruXeber.tv"nin Tribuna-ya istinad məlumatına görə, bu sözləri “Bravo” supermarketin “təhlükəsiz ət” başlığı ilə paylaşdığı videoya müştərilərdən biri yazıb. Ölkədə mal-qara arasında yayılan dabaq xəsləliyi səbəbindən ətə olan təlabatın azaldığı bir ərəfədə “Bravo” marketlər şəbəkəsinin özünü belə bir video ilə reklam etməsi sosial şəbəkələrdə heç də xoş qarşılanmayıb. “Bravo”nun sözügedən videonu “Biz hər bir addımda ət məhsullarını yoxlayır, qoruyur və yalnız etibarlı məhsulları sizin süfrənizə gətiririk. Çünki BRAVO üçün bu sadəcə satış deyil – sizin sağlamlığınız, bizim üçün ən böyük məsuliyyətdir. Keyfiyyətdə doğru seçim – BRAVO!” sözləri ilə paylaşması da ikrah hissi oyadıb. Məlum videoya gələn şərhlər də göstərir ki, əhali marketlərdə, xüsusilə də “Bravo”da satılan hazır kəsilmiş ətlərin keyfiyyətinə inanmır.



“Bravo”nun “təhlükəsiz ət” videosuna gələn müştəri şərhlərini oxucularımıza da təqdim edirik:

““Bravo”dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından, niyə?”

“Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!”

“Heç kim marketdən ət almayacaq, boşuna özünüzü niyə yorursunuz?”

“Marketlərdə satılan ətlərin qəribə qoxusu olur, yəqin ki, gec xarab olması üçün nəsə vurulur…”

“Niyə başqa yerlərdə kəsim dayanır, əksinə sizdə artır?”

“Monqol, Braziliya ətlərini görəndən adamın market ətlərinə güvəni lap öldü. Ən yaxşısı tanıdığın qəssabdan almaqdır. Onsuz, o pulu veririk də, qoy gözümüzün önündə kəsilənə verək”.

““Bravo”da kəsilən ətlər dabaq xəstəliyi tutmayıb…”

“Çox baha verilir. Ət kəsilən yerlərlə “Bravo” market arasında 3-5 AZN fərq var. Qəssabxanada ət 1-2 gün qalır, amma “Bravo”da neçə gün qalır, Allah bilir…”

“Aldım oradan, heç yaxşı deyil, ətin rəngi qırmızı, baha”.

“Mən “Bravo”dan çox ət aldım, təəsüflər olsun ki sonuncu dəfə aldığımız kimi çölə atdıq. İstər “dana əti”, istər “quzu” adı ilə satılan ət olsun!”

“Aparatla kəsildiyinə görə halal olmadığı bəllidir. Qeyri-müsəlmanlar alıb yedi, bəs müsəlman olan ibadət əhli?”

““Bravo”nun əti çox pis ve dadsız olur. Farşı daha demirəm. Çox bərbad dadır. Qoxusu olur…”

“Yaxşı ət kəsim yerlərində olur, marketdə yox, qoca heyvanların camışların ətidir, bişmir, dadı da yox”.

“Koroğludakı hipermarketiniz və Xətaidəki marketinizdəki ətlərinizin həm qoxusu, həm də durumu “0”dır”.

“Bir qadın “Bravo”da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir”.

“Bravo”da ancaq qaralmış ət görürük…”.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Alıcı “Bravo”nun satdığı ətdən iyrənir, “Bravo” isə ətini reklam edir – Video

Son xəbərlər

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Bütün xəbərlər