Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri

Dogruxeber.tv: - Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə baş verənlər müəllimlər arasında ciddi narazılığa səbəb olub. Redaksiyamıza daxil olan məlumata görə, müəllimlərə dərs yüklərinə imza atmaq üçün təzyiqlər göstərilir və imtina edənlərə qarşı hədə dolu xəbərdarlıqlar edilir.

Fənn birləşmə komissiyasının (FBK) sədri Sevda Qarayevanın “Müşayiət” adlı inzibatçıların daxil olduğu qapalı WhatsApp qrupunda yazdığı mesajda müəllimlərə açıq şəkildə bildirilib ki, imza etməyənlərin maaşı verilməyəcək, onlar haqqında təqdimat yazılacaq və akt tərtib olunacaq. Bu isə birbaşa əmək hüquqlarının pozulması kimi qiymətləndirilir. Müəllimlər bu addımın həm əmək münasibətlərinin zorakı şəkildə tənzimlənməsi, həm də şifahi və yazılı təzyiqlərlə məcburiyyət yaratmaq olduğunu bildirirlər.

Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri

Mənbələrdən aldığımız məlumata görə, məsələ ilə bağlı mediada xəbər yayımlandıqdan sonra kollecin rəhbərliyi dərhal hərəkətə keçib. Müəllimlər ayrıca otaqlara çağırılaraq həmin yazıların silinmədiyi təqdirdə onların barəsində məhkəməyə müraciət ediləcəyi, yaxud əmək müqavilələrinin ləğv ediləcəyi ilə hədələniblər. Bəzi müəllimlər isə psixoloji təzyiqə məruz qaldıqlarını, “bu sistemlə mübarizə apara bilməzsən” kimi ifadələrlə susdurulmağa çalışıldıqlarını bildiriblər.

Müəllimlərin adından edilən müraciətdə bildirilir ki, bu cür hədələr təhsil mühitində azad və sağlam əmək münasibətlərini zədələyir, qanuni hüquqları pozur və müəllim nüfuzunu sarsıdır. Onlar bu halların təkrarlanmaması üçün məsul qurumlardan müdaxilə və araşdırma tələb edirlər.

Xatırladaq ki, Sevda Qarayevanın imzası olmayan müəllimlərin dərs bölgüsündən kənarlaşdırılacağına dair mesajı sübut kimi arxivləşdirilib və ehtiyac yaranacağı halda aidiyyəti orqanlara təqdim olunacağı qeyd edilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//BakuNews.az

Gəncə Regional Kollecdə müəllimlərə təzyiq: Dərs yükünə imza atmayanlara maaş verilməyəcək – rəhbərlikdən susdurma cəhdləri

Oxunub: 121

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər