İcra Hakimiyyətində dava: Vəzifəli şəxs başçının müavininə hücum etdi

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.

"DogruXeber.tv"nin "Qafqazinfo”dan əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İlqar Məhərrəmov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Zaur Əliyeva hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.

İlqar Məhərrəmov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib: "Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Zaur Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım”.

İcra başçısının müavini isə qeyd edib ki, İlqar Məhərrəmova digər vətəndaşlarla eyni münasibət göstərilib: "O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi”.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məhərrəmov 6 sutkalıq həbs edilib.

İcra Hakimiyyətində dava: Vəzifəli şəxs başçının müavininə hücum etdi

Zaur Əliyev


İcra Hakimiyyətində dava: Vəzifəli şəxs başçının müavininə hücum etdi

İlqar Məhərrəmov


Oxunub: 229

Son xəbərlər

Zelenski Yermakla bağlı qərarını verdi

Bu binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

8 milyondan çox suriyalının ölkələrinə giriş qadağası ləğv olunacaq

Deputatdan pensiya kapitalı ilə bağlı mühüm təklif

2026-cı il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir

Gələn ilin yaşayış minimumunun məbləği 285 manat olacaq

Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Məhkəmə Tofiq Xanəliyevə şərti cəza verdi

Azərbaycanda 3 uşağı olan anaların daha tez pensiyaya çıxması təklif olunur

2026-cı ildə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcək

İlham Haqverdiyev həbsdən çıxmaq istəyir

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

"MedAura"da komaya düşən qıza həkim baxmır - İddia

“Binəqədi Park” MMC-nin səndəszi evləri necə satır?

“AzerGold” QSC-də Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı - FOTO

Dostcanlı sədrlə "Coca-Cola" satmaqdan qurtuldu - "Qudalıq Zümrəsi"nə ucaldılar / ADSEA-da "Biz bir ailəyik" siyasəti

“Kommunal pulu” adı ilə yığılan milyardlar… hara gedir?

Pensiya alanların nəzərinə!

Monqolustan Çingiz xana görə sərhədlərini bağlayır

Azərbaycanda 1 həftə iş olmayacaq

Lukaşenko ABŞ-yə səfər edəcək

Şuşakəndə növbəti köç karvanı yola salındı

Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı

“Caspian International”ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş

Gəncədə həkim tibb bacısının əri tərəfindən döyüldü

Hansı dövlət qurumları ləğv olunacaq? – Plan hazırlandı

Sumqayıt — 76 illik inkişaf yolu və dövlət qayğısının nəticələri

Mirzoyandan Naxçıvana gedən yolla bağlı AÇIQLAMA

Bütün xəbərlər