gundem / sosial / video / Cəmiyyət
18.11.2025, 14:45
Daha 160 nəfərin Horovlu həsrəti sona çatdı-VİDEO
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
"DogruXeber.tv" xəbər verir ki,“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç baş tutub. Horovlu kəndi bu gün 160 nəfər olmaqla 37 ailəni qoynuna alıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köç prosesi barədə davamlı məlumatlarla yanaşı, sakinlərin məskunlaşdığı Horovlu kəndinin necə inşa edilməsi və yeni sakinlərin ixtiyarına verilmiş yaşayış və infrastruktur obyektləri barədə videogörüntüləri də diqqətinizə təqdim edirik.


