İran və Rusiya üçün  geostrateji zərbə

"DogruXeber.tv" xəbər verir ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında razılaşdırdığı yeni nəqliyyat dəhlizi layihəsi İran və Rusiya üçün ciddi geostrateji zərbə kimi qiymətləndirilir. Regionun illərdir formalaşmış güc balansını dəyişdirə biləcək bu təşəbbüs xüsusilə Tehran və Moskvanın narahatlığını artırıb.

İran üçün əsas problem ABŞ-ın regionda uzunmüddətli, demək olar ki, daimi mövcudluğunun təmin olunmasıdır. Rəsmi Tehran hesab edir ki, yeni dəhlizin beynəlxalq nəzarətə verilməsi onun Cənubi Qafqazla quru əlaqələrini zəiflədə, həm şimaldan tranzit imkanlarını məhdudlaşdıra, həm də İranın bölgədəki nüfuzunu ciddi şəkildə aşağı sala bilər. Bundan başqa, Tehran uzun illərdir regionda “qırmızı xətt” saydığı xarici hərbi-siyasi iştirakın indi ABŞ tərəfindən institusional şəkildə formalaşdırılmasından narazıdır.

Rusiya üçün isə risklər daha çox stratejidir. Moskva Cənubi Qafqazı postsovet məkanında özünün ən həssas təsir zonalarından biri kimi görür və illərlə regionun əsas nəqliyyat və təhlükəsizlik oyunçusu olub. ABŞ nəzarətində fəaliyyət göstərə biləcək yeni dəhliz isə Rusiyanın həm logistik üstünlüyünü, həm də siyasi təsir imkanlarını sarsıda bilər. Bu, xüsusilə Ukrayna müharibəsi fonunda Moskvanın artıq zəifləyən regional mövqelərinə əlavə təzyiq kimi dəyərləndirilir.

Maraqlıdır ki, Tehran və Moskva arasında bu məsələyə görə gərginlik də yaranmaqdadır. İran Rusiyanı bölgədə gedən proseslərə yetərincə sərt reaksiya verməməkdə ittiham edir və hesab edir ki, Moskva ABŞ-ın Cənubi Qafqazda yeni dayaqlar qazanmasına “susqun şəkildə razılıq verir”.
Analitiklərin fikrincə, yeni dəhliz sadəcə iqtisadi layihə deyil — o, İran və Rusiyanın regiondakı mövqelərini zəiflədən, ABŞ-ın isə Cənubi Qafqazda sabit və uzunmüddətli strateji dayaqlar qazanmasına imkan yaradan geosiyasi layihədir.

"DogruXeber.tv" yazır ki, prosesin reallaşacağı halda İran və Rusiya Cənubi Qafqazda ən ciddi mövqe itkilərindən biri ilə üzləşə bilər.

Son xəbərlər

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

Bütün xəbərlər