Əmiraslanovun Mehdiyevlə bağlı videosundakı şifrələr – Hakimiyyət hazırlığı gedirmiş?

DogruXeber.tv: - Son günlər Ramiz Mehdiyevlə bağlı maraqlı proseslər gedir. Vaxtilə Prezident Administrasiyasının sabiq rəhbər haqda alovlu çıxış edənlərin, onun tərifini göylərə qaldıranların videoları yayılır. Bu videoda deputatlar, siyasətçilər, ziyalılar R.Mehdiyevi siyasi kentavr kimi təqdim edirlər.

İllər öncə R.Mehdiyevin haqqında hazırlanan filmdə kimlər danışmır… Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli, PA-nın sabiq şöbə müdiri Əli Həsənov və s. Hətta Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Vladimir Ruşaylo da Mehdiyev haqda tərif söyləyir.

Ən son yayılan və böyük rezonans doğuran video isə deputat Əhliman Əmiraslanova məxsusdur. Əhliman Əmiraslanov karyerası boyu Ramiz Mehdiyevə bağlı biri olub. Onun uzun illər Tibb Universitetində rektor vəzifəsini tutmasında, deputat seçilməsində R.Mehdiyevin danılmaz rolu var. Ə.Əmiraslanov birmənalı şəkildə Mehdiyev klanının ən parlaq nümayəndəsidir.

Əhliman Əmiraslanov böyük sərvətə malik oliqarx kimi də tanınır. Deyilənlərə görə, onun sərvəti, mal varlığı inanılmaz dərəcədə böyükdür. O, əslən Qərbi Azərbaycandandır. Yaxşı onkoloq cərrah kimi tanınır. Gəlirinin bir hissəsi də buran formalaşıb. Amma cərrahlıqla bu qədər sərvət sahibi olmaq da mümkün görünmür. Ona bu cür imkanları yaradan qüvvə olub hər zaman. Həmin qüvvə isə Ramiz Mehdiyev və onun yaratdığı sistemdir.

Ə.Əmiraslanov R.Mehdiyev haqda çıxışında onu az qalsın Heydər Əliyev siyasi məktəbinin əsas nümayəndələrindən biri elan edir. Sabiq administrasiya rəhbəri haqda o qədər bəlağətli danışır, sanki o, bu dövləti qurub, onu gücləndirib. Əhliman həkim Mehdiyev haqda o qədər ürəklə, həyəcanla və coşğu ilə danışır, bütün qırmızı xətləri keçir. Onun bu çıxışı bir neçə il əvvəl olsa da bugünkü reallıqlarda bir çox mətləblərdən xəbər verir. Əmiraslanov sanki hardansa əmir alıb, Ramiz Ənvəroviçi ölkənin gələcək prezidenti görürmüş kimi haqqında təriflər söyləyir. İndi məlum olur ki, Ramiz Mehdiyev ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşırmış. Onun Dövlət Şurası yaratmaq niyyətinin olduğu üzə çıxdı. Deyilənə görə, kölgə kabinetində 50 nəfər təmsil olunub. Görəsən, Əhliman Əmiraslanov o 50 nəfərdən biri deyil ki? Rusiyaya yazdığı məktubda isə bir çox mətləblər üzə çıxır. Məlum olur ki, o, Azərbaycanda dövlət quruluşunu dəyişmək istəyirmiş.
Bəs indi necə, Əmiraslanovun Mehdiyevlə gizli əlaqəsi qalırmı? Həkim-deputat öz klan rəhbərinə qarşı dönük çıxmayıb?

Sözügedən videonu təqdim edirik:
Globalinfo.az

Oxunub: 216

Son xəbərlər

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Bütün xəbərlər