İranlı ekspert: “Zəngəzur dəhlizini 1000-1500 ABŞ hərbçisi qoruyacaq”

“İranın Rusiya və Çinlə əməkdaşlığının dərinləşdirilməsi Qafqaz regionunda tarazlığın qorunması üçün çox vacibdir.

“Tramp yolu” əslində hər üç ölkənin Qafqazdakı təsirini azaltmağı hədəfləyir”.

Tribuna.az bildirir ki, bu fikirlər İrandakı anti-Azərbaycan qruplaşmasının üzvlərindən olan ekspert Ehsan Movahhadiana məxsusdur.

O, “Mehr” Agentliyi üçün yazdığı yazıda Zəngəzur dəhlizi ilə Panama kanalını müqayisə edib. Bildirib ki, Trampın Cənubi Qafqazdakı marşrutu, bəlkə də, Amerikanın quruda Panama Kanalı kimi təsvir edilə bilər. “Panama kanalı ilə Zəngəzur dəhlizi “tranzit dəhlizləri”dir və tələb olunan məsafəni və vaxtı azaltmaqla malların, enerjinin və ya tranzitin vacib bölgələr arasında daşınması üçün həyati əhəmiyyət kəsb edən bir yol hesab olunur”.

O qeyd eddib ki, Zəngəzur dəhlizinin yaradılması Naxçıvan və Türkiyəni Gürcüstan vasitəsilə Azərbaycana birləşdirən daha uzun marşruta alternativ olacaq.

Movahhadian iddia edib ki, Zəngəzur dəhlizinin qorunmasına 1000-1500 nəfərdən ibarət Amerika özəl hərbi şirkətinin əməkdaşının yerləşməsi ehtimalı çox yüksəkdir.

O yekunda İranın bu prosesdə hansı addımlar atması zərurətindən də bəhs edib. “İranın bu tendensiyanı izləməsi ən səhv addımdır. İran şərqdə Sərəxsdən qərbdə Çeşmə Söraya, Çabahar və Bəndər Abbasdan Ermənistan və Bakı sərhədlərinə qədər dəhliz yollarını tamamlamalı və Araz dəhlizində dəmir yolunun tikintisini ciddi şəkildə gündəmə gətirməlidir”.

İranlı ekspert onu da deyib ki, Ermənistanla münasibətlərin gücləndirilməsi də İranın gündəliyində olmalıdır.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər