“Kəpəz” Hospitalında bu həkim necə tibbi fəaliyyət göstərir: Süleyman Muradlı bu qanunsuzluğa necə icazə verib?

“Kəpəz Hospital” özəl tibb müəssisəsində həkim Seymur İlqar oğlu Məmmədov estetik cərrahiyyə üzrə qanunsuz şəkildə və əmək müqaviləsi olmadan praktik tibb fəaliyyətini hələ də davam etdirir.

“Kəpəz” Hospitalında bu həkim necə tibbi fəaliyyət göstərir: Süleyman Muradlı bu qanunsuzluğa necə icazə verib?

"DogruXeber.tv" bildirir ki, “Kəpəz Hospital” ilə Seymur Məmmədov arasında əmək müqaviləsi bağlanmayıbsa, bu halda söhbət artıq təkcə əmək qanunvericiliyinin pozulmasından deyil, sertifikatı ləğv edilmiş şəxsin qanunsuz tibbi fəaliyyətindən gedir. Bu isə birbaşa olaraq vətəndaşların sağlamlığına və həyatına real təhlükə yaradır.

Xatırladırıq ki,Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətləri yalnız yazılı əmək müqaviləsi əsasında yarana bilər.Əmək Məcəlləsinin 58-ci maddəsi əmək müqaviləsi olmadan işçi çalışdırılmasını qanun pozuntusu kimi tanıyır.“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə, müvafiq sertifikatı olmayan şəxsin tibbi fəaliyyətlə məşğul olması yolverilməzdir və hüquqi məsuliyyət yaradır.

Qeyd edək ki, bu faktlarla bağlı Mediatv.az xəbər portalı adından 19.11.2025-ci il tarixdə 10/313 nömrəli məktubla Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həmçinin 25.11.2025-ci il tarixdə 10/314 nömrəli müraciətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi sorğular ünvanlanmışdır.Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq, nə Əmək Müfəttişliyindən, nə də Vergi Xidmətindən heç bir rəsmi cavab təqdim olunmamışdır. Bu susqunluq haqlı olaraq belə bir sual yaradır:Qanunsuz əmək, qeyri-leqal tibbi fəaliyyət və vətəndaş sağlamlığına risk yaradan hallar nə üçün nəzarət orqanlarının diqqətindən kənarda qalır?

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək hüquqlarının keşiyində dayanmalı olduğu halda, bu cür açıq faktlara reaksiya verməməsi qanunsuzluğun ört-basdır edilməsi təəssüratı yaradır. Özəl tibb müəssisələrində “kölgə məşğulluq” və sertifikatsız tibbi praktikanın geniş yayılması isə artıq sistemli problem səviyyəsinə çatıb.

Redaksiya olaraq gözləyirik ki, aidiyyəti dövlət qurumları:“Kəpəz Hospital”da əmək münasibətlərinin qanuniliyini araşdırsın,Seymur Məmmədovun tibbi fəaliyyətinin hüquqi əsaslarını açıqlasın, Sorğularımıza rəsmi və əsaslandırılmış cavab versin. Mövzu redaksiyanın nəzarətindədir və ictimai maraq doğuran bu məsələ ilə bağlı araşdırmalar davam etdiriləcək. /Mediatv.az/

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər