“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur?

DogruXeber.tv: - “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən 26.12.2025-ci il tarixində “Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə qeyri yaşayış binalarının (məktəb, bağça və qazanxana) təmir – bərpa, kommunikasiya, yaşıllıq və abadlıq işləri”nin satın alınması üçün keçirilən açıq tenderdə “NAKHISH” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ qalib elan olunmuş və həmin şirkətlə 3.084.537,10 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat dövlət satınalmalarının portalında 06.01.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “NAKHISH” Mənzil Tikinti Kooperativi arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Xocavənd rayonunun Tuğ qəsəbəsi üzrə fərdi yaşayış evlərinin təmir işləri üzrə “NAKHISH” Mənzil-Tikinti Kooperativi ilə 4.298.023,55 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu məlumat isə satınalmaların portalında 30.12.2025-ci ildə dərc edilib.

İndi gəlin görək Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin bir həftə ərzində ümumi dəyəri 7 382 560 manat olan iki müqavilə bağladığı “NAKHISH” Mənzil Tikinti Kooperativi haqqında nə kimi məlumatlar var.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NAKHISH” (VÖEN: 2305030071) Mənzil-Tikinti Kooperativinin 12.04.2021-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKT, ev.60F, m.56, qanuni təmsilçisi kimi isə Hacıyev Tural Cəlil oğlu qeyd olunub.

Reyestr məlumatlarına edilmiş dəyişikliklərə görə Mənzil-Tikinti Kooperativinin təsisçisi və ilk qanuni təmsilçisi Məhərrəmova Vəsilə Yaqub qızı olub.

Elektron medida 2025-ci ilin yanvarında yayılan məlumatlara görə “NAKHISH” Mənzil Tikinti Kooperativi 174 min manatı vergidən yayındırdığına görə məhkəməlik olub. Qanuni təmsilçisi Tural Hacıyev olan MTK vergi öhdəlikləri üzrə bəyannaməni vaxtında təqdim etmədiyinə görə də maliyyə sanksiyası ilə üzləşib.

MTK həmçinin daha əvvəl də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə cərimə olunub.
2023-cü ilin dekabrında yayılan məlumatda bildirilir ki, “Nakhish” MTK-ya inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.İşə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Liza Xanməmmədova baxıb.

Medianın 2024-cü ilin aprelində yaydığı məlumata görə “Nakhısh” Mənzil-Tikinti Kooperativi siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

Həmin məcəllənin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500-2000 məbləğdə cərimə edilir. İşə Gəncə şəhər Məhkəməsinin hakimi Orxan Cəfərli baxıb.

Bu məlumatlardan da göründüyü kimi “NAKHISH” Mənzil-Tikinti Kooperativi əmək qanunvericiliyini dəfələrlə pozduğuna görə məhkəməyə cəlb edilib. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunda təchizatçılara dair ümumi tələblərdən biri də son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcələsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;

Göründüyü kimi “NAKHISH” Mənzil-Tikinti Kooperativinə son illər əmək qanunvericiliyini, əməyin mühafizəsi qaydalarının pozulmasına görə bir neçə dəfə inzibati cərimə tətbiq edilib.

Belə olan halda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “NAKHISH” Mənzil-Tikinti Kooperativini necə qalib seçə bilib. Burada sənəd saxtalaşdırılmasını kimi edib, yaxud da buna kim göz yumub bəlli deyil. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin b elə qanunsuzluqlara nəzarətsizliyi də həmçinin.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb./Aktualinfo.net

Son xəbərlər

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Bütün xəbərlər