10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır – SİYAHI

Hüquqi ünvanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan “Laguna Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 2025-ci il üzrə əldə etdiyi tenderlərin siyahısı açıqlanıb.

"DogruXeber.tv" pravda az-a istinadən xəbər verir ki, Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Ramil Əsgər oğlu Əsgərov olan “Laguna Group”a ilin əvvəlindən noyabr ayınadək 7 tender verilib.

Siyahını təqdim edirik:

“AzInTelecom” MMC (Kommersiya məqsədli tədbirlərin təşkili xidmətləri) 108 088 AZN,

Mənəvi Dəyərlərin Təbliği Fondu (Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstan Respublikalarında iftar süfrələrinin təşkil edilməsi – satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 198 948 AZN,

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (2025-ci il üzrə bayram tədbirlərinin keçirilməsi) 6 501 564 AZN,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (Qonaqların qəbulu ilə bağlı xidmətlər) 151 181 AZN,

“İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – Azpromo” publik hüquqi şəxsi (“İqtisadi Əməkdaşlıq Təşkilatının” (İƏT) 17-ci Zirvə Görüşü çərçivəsində keçiriləcək 6-cı İƏT Biznes Forumunun keçirilməsi ilə bağlı bir sıra xidmətlər – satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 565 949 AZN,

Mənəvi Dəyərlərin Təbliği Fondu (Mənəvi və dini dəyərlər sahəsində maarifləndirici tədbirlərin təşkili) 54 715 AZN,

Quba Rayon İcra Hakimiyyəti (Zəfər günü ilə bağlı keçirilən tədbir xidmətləri) 181 580 AZN.

Bu şirkətə verilən tenderlərin ümumi həcmi 7 762 025 AZN-dir.

Y.Rəfiyevin qardaşı Müzadil İlqar oğlu Rəfiyevə məxsus olan “Aqroman” MMC də milyonluq tenderləri əldə edən tikinti şirkətləri sırasındadır.

“Aqroman”ın 2025-ci üzrə aldığı tenderlərin də siyahısını təqdim edirik:

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi (Səkilərin bərpası və cari təmir işləri) 98 682 AZN,

Dövlət Miqrasiya Xidməti (cari təmir işləri) 184 025 AZN,

“Naxçıvan Yol Təchizat” MMC (Babək rayonu, Culfa rayonu, Ordubad rayonu, Kəngərli rayonu və Şərur rayonu ərazilərində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınması xidmətləri) 1 285 628 AZN,

“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu (Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanında yerləşən FHN TTNDA “Azərdövlətsənayelayihə” DLİ-nun inzibati binasının dam örtüyünün cari təmir işləri) 61 550 AZN,

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (Xocalı rayonu, Xanabad kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri – satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 5 841 400 AZN,

“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi (cari təmir işləri) 34 810 AZN,

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin mənzil-kommunal və təmir xidməti (Şuşa şəhəri, Xankəndi yolu istiqamətində yerləşən istinad divarlarının və qoruyucu dəmir barmaqlıqların təmir-bərpa işləri) 110 078 AZN.

Bu şirkətin də tenderlərinin həcmi 7 616 173 AZN-dir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Heybətqulu Məmmədbəyli küçəsi, ev 8-dir.

Göründüyü kimi, iki şirkət təkcə 2025-ci il üzrə 15 378 198 manatlıq tender əld edib.

Bu ünvanda daha bir şirkət qeydiyyatdadır – “Laguna Travel” MMC. Qanuni təmsilçisi Rəşid İlham oğlu Əliyev olan şirkətin dövlətə 13 797 AZN borcu var.

Nazir müavininə yaxınlığı ilə tanınan şirkətlərin bu həddə tender əldə etməsi müzakirələrə səbəb olub. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir.

Y.Rəfiyevin və adıçəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 167

Son xəbərlər

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Bütün xəbərlər