İnşaat maqnatı Aqibət Əliyevin icra hakimiyyətləri ilə tender oyunu - TƏFƏRRÜAT

DogruXeber.tv: - İnşaat maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən “Gəncə Körpü-Tikinti-2” ASC daha bir tenderin qalibi seçilib.

Tenderi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC keçirib. Satınalma müsabiqəsi Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 927 597,15 manatdır.

“Gəncə Körpü-Tikinti-2” ASC bununla da cari ildə qalib gəldiyi tenderlərin sayını 4-ə çatdırıb. Bundan əvvəl ASC Quba Rayon İcra Hakimiyyətinin, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tenderlərin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 30 392 883,75 manat təşkil edir. Tenderlər yolların, mənzil fondunun təmiri və abadlıq işləri ilə bağlı keçirib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. İş adamının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla da yaxınlığına dair iddialar var. Bu iddialara səbəb Niyazi Bayramov icra başçısı təyin ediləndən sonra “Gəncə Körpü-Tikinti-2” ASC vaxtaşırı Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilib.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən bu təsisatın rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxsdir. Eldar Əzizov hələ Gəncənin icra başçısı olanda Abit Əliyev onun kadrı kimi fəaliyyətdə idi.//Qaynarinfo

Son xəbərlər

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Bütün xəbərlər