Aqibət Məmmədov və yerli məmurların tender oyunları – Gəncədə milyonlar necə “yeyilir”?

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 3 971 349.16 AZN dəyərində müqavilə imzalayıb.

dogruxeber.tv HİT.Az-a istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhərində yolların təmir işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Süleyman Rzayev inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Onun adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon
Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı “pulun geri qaytarılması” iddiasını təmin edib.

Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Araşdırmalarımız zamanı o da məlum olub ki, Süleyman Rzayev “Gəncə Körpü Tikinti-2” ASC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. ASC-nin sahibi iş adamı Aqibət Məmmədovdur. O, şirkətin Direktorlar Şurasının sədri kimi təqdim edilib.

Aqibət Məmmədov oliqarx kimi tanınır. O, ötən il oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Aqibət Məmmədovun rəhbərlik etdiyi ASC-yə gəlincə, şirkət əsasən Gəncənin yerli qurumlarının elan etdiyi tenderlərin qalibi olur. Məsələn, 2019-cu ildə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İsltehsalat Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 4 521 817.45 AZN dəyərində 3 müqavilə imzalayıb. Müqavilələrdə abadlıq-quruculuq və yolların təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunur ki, Gəncənin yerli qurumlarının “Gəncə Körpü Tikinti-2” ASC ilə əməkdaşlığının kökündə Aqibət Məmmədovun yerli məmurlarla yaxınlığı dayanır.

“Gənc Körpü Tikinti-2” ASC ilə bağlı maraqlı faktlardan biri də Məhərrəm Məmmədov adlı vətəndaşın şirkəti məhkəməyə verməsidir.

Vətəndaş mediaya açıqlamasında bildirib ki, o, 5 saylı Körpü Tikinti İdarəsində sürücü kimi işləyirmiş. 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Milli Ordunun Gədəbəy bölməsinə silah-sursat gətirmək üçün Ağdam şəhərinə göndərilib. Geri qayıdarkən Gədəbəy rayonunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən Məmmədova sol ayağının üçdə bir və hər iki diz qapağının qapalı sınığı diaqnozu qoyulub. Bundan sonra ona 3-cü qrup əlillik dərəcəsi verilib.
Şikayətçi Məmmədov 2012-ci ildə Gəncə -Kəpəz rayon Məhkəməsində iddia qaldırır. O, “Gəncə Körpü Tikinti -2” Açıq Səhmdar Cəmiyyətindən 75.600 manatlıq aylıq ödəniş, 25.200 manatlıq birdəfəlik ödəniş, 5 min manat maddi ziyan, 5 min manat məbləğində mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə müddəti keçdiyi üçün iddianı təmin etmədiyini açıqlayır. Son olaraq Ali Məhkəmə də eyni qərarı çıxarır.
“Gəncə Körpü Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsaq Tomuyev məhkəmədə bildirib ki, ASC 5 saylı Körpü Tikinti Sahəsinin hüquqi varisidir. İdarənin işçisi olmuş Məhərrəm Məmmədovun iddiaları əsassızdır. Onun iştirakı ilə qeyd edilən tarixdə heç bir yol nəqliyyat hadisəsi olmayıb.

Məhərrəm Məmmədov 19 il ərzində bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Vətəndaşın sözlərinə görə, onun şikayət məktublarının ümumi çəkisi 100 kiloqramdır.

Oxunub: 764

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər