63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nun sahibi kimdir? - TƏFƏRRÜAT

DogruXeber.tv: - Dövlət satınalmalarında fəal iştirak edən bəzi şirkətlər var ki, müxtəlif satınalma predmetləri üzrə qalib elan edilir. Tutaq ki, bir quruma geyim sifarişi alan şirkət başqa bir qurum üçün təmir işləri görür, yaxud hansısa yerli icra hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalib olur.

Belə şirkətlərdən biri də "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC cari ilin 9 ayında 7 tenderin qalibi elan edilib. Bu tenderlər Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilib.

Yuxarıda adı çəkilən qurumlar şirkətdən inventarlar, auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar, əsaslı və cari təmir işləri, abadlıq işləri, mebel, yataq ləvazimatları və xüsusi geyimlər almağı planlaşdırır. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 63 046 864,83 manatdır.

Satınalma predmetlərindən görünür ki, "Vest-LTD" QSC həm mebel, həm yataq ləvazimatları, həm xüsusi geyimlər satır, həm də təmir və abadlıq işləri görür.

Əlbəttə bir şirkətin çoxprofilli olması mümkündür. "Vest-LTD” QSC-nin də faliyyəti müxtəlif sahələri əhatə edə bilər. Lakin 9 aya 63 milyonluq sifariş alan bir şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdursa, şirkətin adicə əlaqə nömrələrinə, internet səhifəsinə rast gəlinmirsə, onun ümumiyyətlə fəaliyyəti şübhə altına düşür.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. "Vest-LTD” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. "Vest-LTD” QSC kimi Şahin Verdəliyev haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Mediada yer alan iddialara görə, şirkətin sahibi Hacı Ramazan Mirəzyevdir. O, "tender kralı” kimi tanınır. Hacı Ramazan Mirəzyevin nəzarətində olan şirkətlərin əsasən Bakı Şəhər İcra Hakimiyyətinin və onun nəzdində fəaliyyət göstərən qurumların, xüsusilə "Bakı Şəhəri Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderlərin qalibi olduğu iddia edilir.
"Vest-LTD” QSC də sözügedən MMC-nin tenderlərində bir çox hallarda qalib olur. Bu isə mediada yer alan iddiaların əsassız olmadığına şübhələri artırır.//Qaynarinfo

Oxunub: 148

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər