Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq

Azərbaycan Elm və Təhsil Nazirliyi daha bir tenderə yekun vurub.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınmasını həyata keçirəcək.

Açıq mənbələrdə qeyd edilir ki, bu dəfə də nazirlik “VEST-LTD” QSC ilə anlaşma əldə edib. Belə ki, tərəflər arasında işlərin icrasını başa çatdırmaq üçün 4 milyon 474 min 915 min manatlıq müqavilə imzalanıb.

Xatırladaq ki, bu ilin 30 iyulunda da sözügedən şirkət Təhsil Nazirliyinin tenderinin qalibi olmuşdu. Məktəbəqədər təhsil müəssisələrinə digər malların alınması xərc maddəsi üzrə malların satınalınması ilə bağlı “VEST-LTD” QSC-yə 1 milyon 705 min 870 manat pul ayrılıb.

Bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə, “VEST-LTD” QSC-nin dövlətə külli miqdarda vergi borcu olub. 12 milyon manatlıq vergi borcu olan şirkətin tenderə qatılması qanunla qadağan edilmiş haldır. Lakin Elm və Təhsil Nazirliyi hansısa səbəbdən bunu görməzdən gəlib.

Üstəlik, tenderin keçirilməsinə nəzarət edən orqan kimi Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Xidməti də məsələyə hansı səbəbdən göz yumub, bəlli deyil.

Xatırladaq ki, nizamnamə kapitalı 2050 manat olan “VEST-LTD” QSC-nin qanuni təmsilçisi Şahin Verdəliyev Əlimərdan oğludur.

Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 320

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər