gundem / dunya
23.01.2026, 15:45
Putin güzəştə gedəcək – Tramp
“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəyə son qoymaq üçün güzəştə getməyə hazırdır”.
"DogruXeber.tv" xəbər verir ki, bunu bu gün BƏƏ-də başlayan ABŞ, Rusiya və Ukrayna arasında birbaşa danışıqları qiymətləndirən ABŞ Prezidenti Donald Tramp bildirib.
“O (Putin) güzəştə gedəcək. Buna nail olmaq üçün hər kəs güzəştə gedəcək. Avropa bunun bir hissəsi olacaq”, – deyə Tramp qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, istənilən görüş özlüyündə yaxşı haldır, çünki görüşlər olmasa, nəticə olmaz.



