gundem
30.09.2020, 13:07
Makron Putin və Trampa Qarabağa görə zəng edəcək

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp ilə Qarabağdakı hərbi əməliyyatlarla bağlı telefon danışıqları aparmağı planlaşdırır.
dogruxeber.tv bildirir ki, bu barədə Makron Riqada keçirilən mətbuat konfransı zamanı bildirib.
“Bu məsələ ilə bağlı fikir mübadiləsi aparmaq və çıxış yollarını təklif etmək üçün bu axşam Vladimir Putinlə, sabah isə Donald Trampla danışacağam”, – deyə Makron qeyd edib.
(Axar.az)


